Bakıda yeni yanacaqdoldurma məntəqəsinin açılışı olub - FOTO
Bakıda yeni yanacaqdoldurma məntəqəsinin açılışı olub - FOTO
Bu gün Abşeron rayonu, Mehdiabad qəsəbəsində daha bir sahibkarlıq obyektinin – MSDIS Holdingin tərkibində olan MSOIL yanacaqdoldurma məntəqəsinin açılışı olub. Açılış mərasimində MSDIS Holdingin rəhbəri Mirfəyyaz Nağıyev və holdingin kollektivi iştirak edib. Açılışdan öncə İkinci Qarabağ müharibəsində şəhid olan hərbiçilərimiz 1 dəqiqəlik sükutla yad olunub, ardınca isə Azərbaycan dövlət himni səslənib.
M.Nağıyev çıxış edərək, yeni YDM-in istifadəyə verilməsi münasibətilə Mehdiabad sakinlərini və məntəqənin əməkdaşlarını səmimi qəlbdən təbrik edib. O, qeyd edib ki, MSDIS Holdingin bu gün açılışını etdiyi məntəqə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən davamlı sosial-iqtisadi islahatlara, xalqımızın maddi rifah halının durmadan yaxşılaşdırılması xəttinin gerçəkləşdirilməsinə verdiyi töhfədir.
YDM-nin rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları məntəqədə yaradılan şəraitlə tanış olub, vətəndaşlara göstəriləcək xidmətlərlə maraqlanıblar. İştirakçılara məlumat verilib ki, yanacaqdoldurma məntəqəsi elmin və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla təmin olunub.
Qeyd edək ki, MSOIL-in fəaliyyət sahələri benzin, dizel və qaz yanacağının satışı təşkil edir. Bundan əlavə, YDM-in ərazisində avtoyuma və market xidməti də fəaliyyət göstərir. Hazırda yanacaqdoldurma məntəqəsində 22 nəfər işçi çalışır.
2020-ci ilin iyun ayından fəaliyyətdə olan MSDIS Holding inşaat, istehsalat və yanacaqdoldurma sektorlarını özündə birləşdirir. Holdingin əsas məqsədi daim inkişafda olan Azərbaycan iqtisadiyyatına töhfə verməkdir.
Holding haqqında ətraflı xəbərlərlə msdisholding.az saytından tanış ola bilərsiniz.







Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Zelenski o hərəkətinə görə tənqid olundu
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ
Zubir müqavilə bağladı, debüt də etdi
ÇL: "Sabah" "Mançester Yunayted"ə qarşı
ANAMA əməkdaşı minaya düşdü: ayağı amputasiya edildi