Bakıdakı metro terroruna görə ömürlük cəza alan şəxs əfv edildi
Bakı metrosunun "28 May" və "Gənclik" stansiyaları arasında qatarda törədilən partlayışa görə ömürlük azadlıqdan məhrum edilən Aslanov Azər Məhərrəm oğlu əfv edilib.
Open.az xəbər verir ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamında onun da adı var.
Sərəncama əsasən, A.Aslanov ömürlük azadlıqdan məhrumetmə cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.
Qeyd edək ki, 1994-cü il iyulun 3-də Bakı metrosunun "28 May" və "Gənclik" stansiyaları arasında qatarda törədilən partlayış nəticəsində 13 nəfər həlak olub, 42 nəfər yaralanıb.
1972-ci il təvəllüdlü A.Aslanov Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 16 iyul tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. report

Krım təcrid olunur? – Rusiya üçün təhlükəli ssenari
"Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi və GROTTO Resort Azərbaycanda unikal əməkdaşlığa başlayır
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
"Bitcoin"in qiyməti 60 min dollardan aşağı düşüb
Azərbaycan səfiri Qazaxıstanın "Dostık" ordeni ilə təltif olunub
Trampın keçmiş köməkçisindən ŞOK ETİRAF - Həbs edilə bilər
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
"Araz-Naxçıvan"ın yeni prezidenti o seçildi
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Son dəqiqə qərarı: Bu ölkədə prezident postu ilə vidalaşır
Xameneinin müşaviri sərt danışdı: "Cavab veriləcək!"
"Neftçi" Yuri Vernidubla bağlı qərar verdi
Paşinyan Ukraynanın bərpasına... "Kiyev" körpüsündən başladı - FOTOLAR