Bakıdan Blinkenin təyinatına sərt reaksiya
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinkenin Qafqaz danışıqları üzrə baş məsləhətçi vəzifəsinə Filip Rikerin təyin olunmasına dair mətbuat bəyanatında bölgədəki post-münaqişə reallığından uzaq yanaşmanın sərgilənməsi təəccüb doğurur.
KONKRET.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ABŞ Dövlət katibi Entoni Blinkenin 24 avqust tarixli mətbuat bəyanatına münasibət bildirərkən deyib.
O bildirib ki, Minsk Qrupu ilə bağlı Azərbaycanın mövqeyi ən yüksək səviyyədə dəfələrlə və aydın şəkildə ifadə olunub:
"Faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupunun "reanimasiya" edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər. Qarabağ münaqişəsi həll olunub və Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq ictimaiyyət, o cümlədən tərəfdaşlarımız anlamalıdır ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə danışıqların Qarabağ məsələsi ilə əlaqələndirilməsi heç də normallaşmaya xidmət etmir".

"Azercell" AWS ilə təlimlər təşkil edib
Yasamalda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub
Yağıntılar nə vaxt kəsəcək? - AÇIQLAMA
Bu smartfon modelləri yeniləmə dəstəyini itirəcək - XƏBƏRDARLIQ
Ankara sammitində nələr müzakirə olunacaq? – NATO-nun kritik gündəliyi
AZAL Türkiyənin 9-cu şəhərinə uçuşlara başlayır
Elçin ayrılığın dilindən oxudu - "Olmaz olaydı" təqdim olundu
Balakən sakinini sel apardı
Putindən Krımla bağlı GÖSTƏRİŞ - Nə baş verir?
Rusiyada bu yanacaq növü də qadağan edildi
Ərdoğandan ABŞ ilə bağlı önəmli AÇIQLAMA
Ağdamda açıq ərazidə yanğın başladı
Gədəbəydə evdən 61 yaşlı qadının meyiti tapıldı