Bakıdan İrəvana ÇAĞIRIŞ, yoxsa SON XƏBƏRDARLIQ? - TƏHLİL

Bakıdan İrəvana ÇAĞIRIŞ, yoxsa SON XƏBƏRDARLIQ? - TƏHLİL"Azərbaycan bir daha Ermənistanı beynəlxalq hüquqdan və Üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərinə əməl etməyə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətlərdən çəkinməyə, təcavüzkar siyasi və hərbi təxribatlarını dayandırmağa çağırır".
KONKRET.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub ki, Bakının regional sülh, sabitlik və inkişaf ilə bağlı mövqeyi prinsipial və ardıcıldır, beynəlxalq hüquqa və formalaşmış beynəlxalq təcrübəyə əsaslanan tədbirlər davam etdiriləcək.
Belə xəbərdarlıqlar vaxtaşırı xarakter daşıyır. Ona görə də çox adam işin ciddiliyinə əhəmiyyət vermir. Lakin bu çağırışı 2 hissəyə bölmək olar.
Birincisi, İrəvan və Xankəndiyə mesajdır ki, qanunsuz fəaliyyətlərin davam edəcəyi təqdirdə Bakının səbr kasası dola, ya da dəmir yumruğa çevrilə bilər. "Dəmir Yumruq" effekti isə onlara yad deyil. 2 il ötməsinə baxmayaraq yumruqdan sonrakı baş ağrıları qalmaqdadır. Lakin özləri də başağrı yaradırlar. Azərbaycanın sülh səylərini dondurmağa, Qərbin tərəzisində öz həqiqətlərinin daha ağır gəlməsinə çalışırlar. Səmimi olsaq, məqsədlərinin hər ikisinə qismən də olsa, nail olurlar. Çünki Qərb Fransadan ibarət olsaydı, qisməni dəqiq sözü ilə əvəzləyərdik. Həmçinin sülhün baza prinsipləri, Vaşinqton, Brüssel, Moskva variantları istisnası ilə proses elə 2020-2021-2022 labirintindədir.
İkincisi, Bakının regional sülh, sabitlik və inkişaf ilə bağlı mövqeyinin prinsipiallığı, beynəlxalq hüquq və təcrübəyə əsaslanan tədbirlərin davam etdiriləcəyi birinci hissənin zəmanətidir. Yəni Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini 2020-nin sonunda icra edib. Beynəlxalq səviyyədə tanınmış sərhədlərinin tam bərpasına da haqqı çatır. Suverenliyə əsas təhdid isə Qarabağdakı separatçılardır. Onların Azərbaycan vətəndaşlığını qəbul etmədiyi halda zorla tərksilah, həbs və deportasiyası normaldır. Sadəcə, hazırda sözügedən zona rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasıdır. Orada əməliyyat üçün ya Moskvanın icazəsi olmalı, ya da Bakı rusları sülhməramlı mandatından məhrum etməlidir.
– Volkovlu sülhməramlılar heç ekoloqların monitorinqinə icazə vermir, o ki qaldı antiterror əməliyyatına;
– 2025-ci ilədək Bakının rus sülhməramlıların mandatından imtinası real görünmür. Çünki hazırkı Rusiya-Azərbaycan əlaqələri daha sıx xarakter almaqdadır.
• Bəzi analitiklərin fikrincə, 2024-də SSRİ bərpa olunacaq, digərləri isə həmin tarixdə Turan İttifaqının qurulacağını iddia edir.
KONKRET.az-ın Analitik Qrupu

Siyasi       Tarix: 05 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber saytlari xeberler azerbaycan cəbhədən görüntüleri ensonxeberler