Bakılı iş adamı həyat yoldaşının toy mərasiminə 3,5 milyon dollar xərcləyib

Bakılı iş adamı həyat yoldaşının toy mərasiminə 3,5 milyon dollar xərcləyibRusiyalı müğənni, Rusiyanın əməkdar artisti, Tatarstan Respublikasının və Başqırdıstan Respublikasının xalq artisti, teleaparıcı və aktrisa Alsu Safina (Abramova) uzun illərdir ki, səhnədədir.
azxeber.com moderator.az a istinadən xəbər verir ki, bu barədə "teleprogramma.pro" nəşri yazıb. Müğənni öz yubileyi ərəfəsində nəşrə müsahibə verib.
O, ilk dəfə yeniyetmə yaşlarında çıxış edib və "Avroviziya" müsabiqəsində iştirak edərək ikinci yeri tutub.
Hazırda müğənni artıq biznesmen Yan Abramovun həyat yoldaşı və üç uşaq anasıdır.  Safina və Mikella adlı iki qızı və Rafael adlı oğlu var.
Həyat yoldaşı Yan Abramov tanınmış sahibkardır. O, 1977-ci ildə Bakıda anadan olub. Onun atası Rafael Abramov da tanınmış rusiyalı bankirdır.
Yan Abramov Alsu ilə toy mərasiminə 3,5 milyon dollar xərcləyib. Nikah haqqında şəhadətnaməni onlara o zaman Moskvanın meri olan Yuri Lujkov şəxsən təqdim edib. 
Cütlük hər iki mənəvi atalarından xeyir-dua alıb, axı Yan iudaizmə, Alsu müsəlman dininə etiqad edir.
Müğənni bu gün də dəbdə olan geyimləri ilə öyünməkdə və pərəstişkarlarını gənc görkəmi ilə heyrətləndirməkdə davam edir.
Bu dəfə Alsu arxiv fotoları ilə bölüşmək qərarına gəlib. O, gənclik illərində necə göründüyünü göstərib. Müğənni etiaf edib ki, öz yubileyinə hazırlaşır. O, vurğulayıb ki, övladları bu fotoşəkillərdə özünün olduğu yaşlardadır.
Ətraflı
"Bu il 40 yaşım tamam olur. Görünür, insan istər-istəməz süuraltı olaraq müəyyən nəticələrə gəlir, hansısa dəyişikliklərə hazırlaşır və təbii ki, nostalji hissi keçirir.
Bu gün ata evimdə bu fotoşəkillərə rast gəlmişəm... Burada mənim 16-17 yaşım var. Necə də gözəl, qayğısız illər idi!..
Yeri gəlmişkən, şou-biznesdə də çox maraqlı dövr olub. Tamamilə gənc artistlər üzə çıxıb, musiqidə öz unikal cərəyanını yaratmağa, gözəl videolar çəkməyə başlayıb... Böyük sevgi və istəklə həyata keçirdiyimiz nə qədər ideyalar vardı...
Necə deyərlər, "the world was enough" və "sky was the limit!" (Zamanımız çox, arzularımız sonsuz idi...-red.). O zaman, yəqin ki, mənim karyeramın zirvəsi olub. Stadionlar, şəhərlər, ölkələr, sonsuz sayda çəkilişlər...
Mən taleyimə, valideynlərimə, komandama və əlbəttə ki, öz pərəstişkarlarıma bu gözəl dövrana görə minnətdaram!
İndi həyatımın tamamilə başqa, şüurlu, yetkin mərhələsidir. Bu da çox maraqlıdır. Mən çox düşünürəm, oxuyuram, öz üzərimdə işləyirəm. 
Getdikcə zamanımı boş şeylərə, mənim qəlbimi fəth etməyən insanlarla mənasız söhbətlərə sərf etmək istəmirəm.
Neqativdən tez yoruluram, ətrafımı yalnız sevdiyim insanlarla əhatə etməyə çalışıram.
Həyat sanki bir andır və bir göz qırpımında ötüb keçir...Hamınıza xeyir, bolluca sevinc və xoşbəxtlik arzulayıram", - ulduz müğənni deyib.

Şou Biznes       Tarix: 24 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo


son xeberler yeni xeberler azerbaycan xeberleri bugun xeberler en son xeberler bu gun xəbər az cəbhədən son məlumat