Bakının bəzi qəsəbələrində su niyə gəlmir? – "Azərsu"dan açıqlama
Son günlər Bakının bir sıra qəsəbələrində suyun gəlməməsi ilə bağlı şikayətlər daxil olur. İsti havalarda suyun gəlməməsi vətəndaşların narazılığına səbəb olur.
Daxil olan şikayətdə bildirilir ki, 6 gündür Əmircan qəsəbəsi ərazisində su yoxdur.
Məsələni aydınlaşdırmaq üçün azxeber.com "Azərsu" ASC ilə əlaqə saxlayıb. "Azərsu" ASC-nin mətbuat xidmətinin əməkdaşı Neyman Səfərəliyev məsələ ilə bağlı açıqlama verib.
O bildirib ki, son günlər isti hava şəraiti ilə əlaqədar suya tələbatın kəskin artması səbəbindən bir sıra qəsəbələrin su təchizatında çətinliklər müşahidə olunur:
"Əhalinin içməli su ilə təmin olunması məqsədilə şəbəkələrə verilən suyun həcmi artırılıb və tənzimləmə işləri davam etdirilir. Hazırda əməkdaşlarımız Suraxanı Rayonun Əmircan və digər qəsəbələrinə verilən suyun artırılması ilə bağlı ərazilərdə araşdırmalar aparır".
Qurum rəsmisi vurğulayıb ki, nasos stansiyaları, magistral xətlərin ötürücülük imkanları bir daha nəzərədən keçirilir:
"Su almayan yaşayış massivlərinin normal qaydada su ilə təmin olunması üçün bütün zəruri tədbirlər görülməkdədir".
Şəbnəm Zahir
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi