Bakının bu ərazisi PLANA DÜŞDÜ - Evlər sökülüb yerində 13, 14 və 16 mərtəbəli binalar tikiləcək
Yasamal rayon Alatava 1 adlanan yaşayış sahəsində söküntü işləri başalayacaq. Ərazi yenidən qurulacaq və müasir standartlara cavab verən binalar tikiləcək.
azxeber.com xəbər verir ki, bu barədə "referans.az"a Yasamal Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Alatava 1 yaşayış sahəsi yenidən qurulacağı və yaxın zamanda işlərin icrasına başlanılacağı bildirilib:
"Yasamal rayonu ərazisində Alatava 1 yaşayış sahəsi köhnə tipli fərdi evlərdən ibarətdir. Burada uzun illər sakinlər öz yaşayış şəraitini yaxşılaşdırmaq məqsədiylə çox saylı əlavə tikintilər və bir sıra binaların ikinci mərtəbələrində yenidənbərpa işləri aparıblar. Bu da bir çox problemlərin yaranmasına səbəb olub.
Hazırda üzərində işlədiyimiz layihənin əsas məqsədi həmin sahədəki özbaşına tikililəri sökmək və ərazidə müasir şəhər qurmaqdır. Sözügedən ərazidəki köhnə tikililər söküldükdən sonra onların yerinə layihə əsasında müasir məhəllə salınacaq.
İlkin layihəyə əsasən 13, 14 və 16 mərtəbəli yaşayış binalarının, uşaq baxçası, məktəb və bir sıra qeyri-yaşayış obyektlərinin tikintisi nəzərdə tutulur.
Bundan əlavə yaşayan sakinlərin istirahətini təmin etmək üçün bəzi yaşıllıq ərazilərinin, uşaq əyləncə sahələrinin, açıq və qapalı idman meydançalarının təşkili nəzərdə tutulur".
İcra Hakimiyyətindən layihənin üzərində işlərin getdiyi və sözügedən layihəyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən nəzarət edildiyi bildirilib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu