Bakının daşınmaz əmlak bazarında ciddi qiymət ajiotajı yaşanır

Bakının daşınmaz əmlak bazarında ciddi qiymət ajiotajı yaşanırBu ilin yanvar ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə təqribən 10-11 %, dekabr ayı ilə müqayisədə isə 2-3 % artıb.
Bu barədə "Report"a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc məlumat verib.
Torpaqlar 45 % bahalaşıb
Onun sözlərinə görə, bazar seqmentləri arasında ən çox torpaq sahələri bahalaşıb:
"Əsasən, Bakıətrafı ərazilərdə yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kəskin bahalaşıb. Bölgələrdə də kənd təsərrüfatı təyinatlı və pay torpaqlarının qiymətlərində ciddi artım var. Bu, torpaq sahələrinin məhdudluğundan və vətəndaşlarımızın fərdi yaşayış evi tikmək üçün daha aktiv olmaqlarından irəli gəlir. Fərdi yaşayış evlərinin də qiyməti yüksəlir. Çünki bu evlər iki komponentdən təşkil olunur. Onun birincisi torpaq, ikincisi tikililərdir".
V. Oruc vurğulayıb ki, inşaat materiallarının qiymətində müəyyən azalmalar olsa da, bu, bütövlükdə tikinti xərclərinə təsir göstərməyib: "Çünki ölkədə manatın alıcılıq qabiliyyətində enmələr var. Yəni manat ötən ilki səviyyədə alıcılıq qabiliyyətinə malik deyil. Bu da işçi haqlarının artması ilə nəticələnir. Eyni zamanda nəqliyyat, qurğular, texnika kirayəsi qiymətləri yüksəlir. Bu baxımdan tikinti xərcləri də artır. Odur ki, Bakı və Bakıətrafı ərazilərdə fərdi yaşayış evləri təqribən 15-18 % bahalaşıb. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qiymət artımı 40-45 %, yaşayış təyinatlı torpaqlarda isə 20-25 % aralığındadır".
Mənzil qiymətləri artır
V.Oruc ilkin mənzil bazarında da bahalaşmanın davam etdiyini deyib:
"Bu da tikinti sahəsinin azlığından və əldə olunmasında yaranan problemlərdən irəli gəlir. Tikintiyə qarşı xüsusi tələblər var. Odur ki, sahibkarların mənfəət tələbi də artıb. Nəticədə hazırda ilkin mənzil bazarında qiymətlər ötən ilki qiymətlərlə müqayisədə 10-12 % çoxdur. Ötən aya nisbətdə bu artım 2-2,4 %-dir.
Qeyri-yaşayış sahələrinin qiymətində artım çox da ciddi deyil. Bu da onların ofis kimi istifadəsində, o cümlədən yeni ticarət obyektlərinin yaranmasında böyük bir dinamikanın olmadığının göstəricisidir. Ötən ilin yanvar ayına nisbətən qeyri-yaşayış sahələrinin qiymətində artım 2-2,7 % təşkil edib. Kirayə qiymətlərində yüksəliş müşahidə edilmir. Əksinə, bazarda bəzi təkrar təkliflərin qiyməti ötən illə müqayisədə aşağıdır".
Bazarda qəribə tendensiya var
AQC rəhbəri hesab edir ki, əvvəllər mənzillərin yerləşdiyi ərazi onların qiymətinə ciddi təsir edirdi, indi isə bu məsələ əhəmiyyətini itirib.
"Yəni mərkəzdən kənar elə yerlər var ki, orda mənzillərin bir kvadrat metri mərkəzdəki qiymətlərlə təklif edilir. Xüsusilə də "Əhmədli", "Xalqalar Dostluğu", "Həzi Aslanov", "Nərimanov" metrostansiyalarına yaxın ərazilərdə bu hallara rast gəlinir. Bəzi şəxslər düşünür ki, daha çox daşınmaz əmlaka yatırım olunmalıdır ki, onların vəsaiti dəyərini itirməsin. Nəticədə çox ciddi qiymət artımı ilə üzbəüzük.
Mənzilin yerləşmə yeri və digər kriteriyalarına baxılması məsələsi artıq arxada qalıb. Elə mənzillər var ki, onlar vaxtilə bazara təklif olunduğu dəyərdən ikiqat artığına yenidən təklif edilir. Bu, onu göstərir ki, daşınmaz əmlak bazarında çox ciddi qiymət ajiotajı var. Həmin ajiotaja uyğun alqı-satqı faktları isə yoxdur. Yəni bazarda satışlar çox deyil. Bir tərəfdən isə qiymətlər getdikcə kəskin yüksəlir", - deyə V.Oruc əlavə edib.

İqtisadiyyat       Tarix: 22 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

İCMA və BMU arasında əməkdaşlıq memorandumu imzalanıdı - FOTOLAR

10 iyun tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvü olan 20-dən çox sahibkarın iştirakı ilə Bakı Mühəndislik Universitetində (BMU) universitet-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib. xəbə

FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı

Ölkənin ilk rəqəmsal bankı Birbank və Visa şirkətinin birgə həyata keçirdiyi Birbank-la "FIFA 2026 Final Oyunu" kampaniyasının nəticələri açıqlanıb. Kampaniyanın şərtlərinə tam cavab verən iştirakçı futbol üzr

Mərkəzi Bankda 'Manato' üzrə daxil olan şikayətlər araşdırılır

Son illər Azərbaycanda onlayn kredit xidmətlərindən istifadə edən vətəndaşların sayı artdıqca, bu sahə ilə bağlı şikayət və narazılıqlar da gündəmə gəlir. Belə ki, bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyəti,

"Kontakt" Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır

Qarabağda baş verən yeniliklərin bir ünvanı da Xankəndidir. Bu inkişafın bir parçası olaraq sevindirən şəbəkə "Kontakt" Xankəndidə ilk mağazasının açılışına hazırlaşır. İlin ikinci yarısında açılması planlaşdırıla

İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb' - Mikayıl Cabbarov

Ümumi daxili məhsulun strukturuna nəzər salsaq, görərik ki, ölkəmizin iqtisadiyyatının 71 faizindən çoxu, yəni 71,5 faizi qeyri-neft sektorudur. Deməli, neft-qaz sektoruna düşən pay 30 faizdən azdır. xəbər verir ki, bu sözlər

Pensiya və maaşları istənilən bankdan ala biləcəyik

Azərbaycanda vətəndaşlar pensiya, əməkhaqqı və sosial ödənişlərini istədikləri bank vasitəsilə almaq imkanı əldə edəcəklər. APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri Administrator

Yayın ilk böyük endirimi

Bu dəfə həyəcan siqnalı təhlükə üçün deyil, möhtəşəm endirimlər üçündür! . Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin. Baku Electronics-də 5-7 iyun tarixlərində nağd alış

Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

30 may tarixində Boolood komandası mövsümün ikinci tədbirini İçərişəhərin qala divarlarının yaxınlığında, Bakının ən tanınmış tarixi məkanlarından biri olan Qoşa Qala Qapısının ətrafında keçirib. Tədbir Azərbaycanın innovasiy

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

Bu ilin may ayında Azərbaycanda ən çox meyvə bahalaşıb, tərəvəzlər isə ucuzlaşıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay meyvələrin qiyməti əvvəlki ayla müqayisədə 1% artıb. Bununla yanaşı, minera


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən video bu gune olan xeberler hava proqnozu son.xeber