Bakının daşınmaz əmlak bazarında qiymətlər necə dəyişib? - ƏTRAFLI

Bakının daşınmaz əmlak bazarında qiymətlər necə dəyişib? - ƏTRAFLIÖtən ilin dekabr ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər noyabr ayına nisbətən 0,49 %, illik müqayisədə isə 10,83 % artıb.
KONKRET.az xəbər verir ki, bu barədə "Report"a daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib.
İlkin və təkrar mənzil bazarı
Onun sözlərinə görə, ötən ilin dekabr ayında paytaxtda təkrar mənzillərin qiyməti (1 kvadrat metrə görə dəyişən struktur ilə orta qiymət) 0,69 %, il ərzində isə 11,79 % artıb:
"Təkrar mənzil bazarında yeni tikililərdə mənzillərin (1 kvadrat metrə görə) qiymətində ay ərzində 2,58 % azalma, il ərzində 7,03 % artım, köhnə tikililərdə mənzillərin qiymətində (1 kvadrat metrə görə) ay ərzində 3,53 %, il ərzində 16,87 % artım qeydə alınıb. Bazarda təklif portfelinin həcmi ay ərzində 4,48 %, il ərzində 25,38 % yüksəlib. Təklifin medianası ay ərzində 1,54 %, il ərzində 14,27 % artıb, modası isə ay ərzində və illik müqayisədə 33,33 % yüksəlib.
İlkin mənzil bazarında qiymətlərdə (1 kvadrat metrə görə) bir öncəki ayla müqayisədə 4,9 %, il ərzində 24,29 % artım müşahidə edilib. Bazarda təklif sayı ay ərzində 10,3 % azalıb, il ərzində 41,22 % artıb".
N.İbrahimov bildirib ki, mənzillərin kirayəsi bazarında qiymətlərdə (1 kvadrat metrə görə) ay ərzində 6,12 %, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 24,65 % artım qeydə alınıb. Mənzillərin kirayəsi üzrə təklif sayı ay ərzində 1,5 % azalıb, il ərzində 37,39 % artıb".
Fərdi yaşayış və bağ evləri
Ekspertin sözlərinə görə dekabr ayında paytaxtda fərdi yaşayış və bağ evlərinin satış qiymətində (1 kvadrat metrə görə) noyabr ayına nisbətən 6,67 %, son 1 ildə isə 9,14 % artım olub:
"Bazarda təklif sayı ay ərzində 0,2 % azalıb, il ərzində 11,27 % artıb. Fərdi yaşayış və bağ evlərinin kirayəsi bazarında dekabr ayı ərzində qiymətlərdə (1 kvadrat metrə görə) 21,61 %, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 22,07 % artım qeydə alınıb. Günlük kirayəyə verilən fərdi yaşayış və bağ evlərinin qiyməti ay ərzində 10,77 %, il ərzində 26,73 % artıb. Fərdi yaşayış və bağ evlərinin kirayəsi üzrə təklif sayı ay ərzində 17,9 %, il ərzində 3,47 % azalıb".
Kommersiya obyektləri
N.İbrahimov ötən ilin dekabr ayında Bakıda kommersiya obyektlərinin satış qiymətinin (1 kvadrat metrə görə) noyabr ayına nisbətən 10,09 %, son 1 ildə isə 15,29 % azaldığını deyib:
"Bazarda təklif sayı ay ərzində 0,78 %, il ərzində 18,9 % yüksəlib. Obyektlərin icarə qiymətləri isə (1 kvadrat metrə görə) ay ərzində 3,09 %, il ərzində isə 8,65 % artıb. Kommersiya obyektlərinin icarəsi üzrə təklif sayında ay ərzində 0,86 %, il ərzində 19,02 % artım olub".
Torpaq və tikinti materialları
N.İbrahimov qeyd edib ki, ötən ilin dekabr ayında Bakıda torpaq (1 sota görə) noyabr ayına nisbətən 7,38 % ucuzlaşıb, son 1 ildə isə 21,42 % bahalaşıb:
"Torpaq bazarında təklif sayı ay ərzində 5,94 %, il ərzində 28,38 % artıb.
Tikinti materialları bazarında isə ötən ilin son ayında qiymətlər 3,85 %, il ərzində isə 21,95 % artıb. Dəmir məmulatlarının qiymətində ay ərzində 2,17 %, il ərzində 6,9 % azalma, taxta məmulatlarının qiymətində ay ərzində 5 %, il ərzində 17,39 % azalma, diktin qiymətində ay ərzində 9,52 %, il ərzində 53,33 % artım, dam örtüklərinin qiymətində ay ərzində 10 % artım, il ərzində 4,35 % azalma, sementin qiymətində ay ərzində 4,51 % artım, il ərzində 6,71 % azalma, şüşənin qiymətində ay ərzində 4,17 % artım, il ərzində 10,71 % azalma qeydə alınıb. Qumun qiyməti ay ərzində 4 % artıb, il ərzində dəyişməz qalıb, daş məmulatlarının qiyməti ay ərzində dəyişməyib, il ərzində 3,33 % azalıb.
Mənzil bazarında qiymət artımı davam edəcək
Azərbaycan Qiymətləndiriclər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc da ötən ilin son ayında Bakıda mənzillərin qiymət artımın davam etdiyini deyib:
"Dekabr ayı alqı-satqı əməliyyatlarının o qədər də çox olduğu ay sayılmır. Bununla belə ötən ilin dekabr ayında Bakıda həm yeni, həm də köhnə binalarda mənzillərin qiymətində artım davam edib. Bu da onu göstərir ki, yaxın müddətdə Azəraycanda hər hansı fors-major hadisə olmazsa qiymətlərin enməsindən söhbət gedə bilməz. Əksinə, qiymət artımı davam edəcək və hər ay qiymətlərin az da olsa artımının şahidi olacağıq. Hesab edirəm ki, ən çox qiymət artımı Nərimanov, Xətai və Nəsimi rayonlarında olacaq. Həmin ərazilərdə yeni tikililərin sürətlə artması və xüsusilə də ipoteka ilə mənzil alanların axını bu ərazilərdə mənzillərin bahalaşmasına səbəb olub".
Onun sözlərinə görə, köhnə tikililərdə 2 otaqlı mənzillərin qiyməti Bakının Nəsimi rayonunda 2,3 %, Nizami rayonunda 2 %, Qaradağ rayonunda 1 %, Sabunçu rayonunda 1,7 %, Səbail rayonunda 2,2 %, Suraxanı rayonunda 1,5 %, Xətai rayonunda 2 %, Yasamal rayonunda 2 %, Binəqədi rayonunda 1,1 %, Nərimanov rayonunda 2,2 % artıb: "Yeni tikililərdə 2 otaqlı mənzillər isə qeyd edilən rayonlar üzrə müvafiq olaraq 5 %, 4,5 %, 4,9 %, 3 %, 4 %, 2,7 %, 4,7 %, 4,6 %, 4,1 %, 8,1 % bahalaşıb".
V.Oruc bildirib ki, fərdi yaşayış evlərinin satış qiymətləri ay ərzində stabil qalıb: "Amma inşaat materiallarının qiymətinin artması və qarşıdakı aylarda da bahalaşacağının gözlənilməsi onu deməyə əsas verir ki, yaxın müddətdə fərdi yaşayış evlərinin də qiyməti artacaq".
Kirayə qiymətləri stabil qalıb
V.Oruc əlavə edib ki, kirayə mənzil bazarında ötən ilin əvvəlində baş verən ajiotaj ilin sonunda yaşanmadı: "Hazırda bu bazar üzrə qiymətlər stabildir. Yəni ötən il ərzində baş verən qiymət artımları nəticəsində əldə olunan qiymətlər hələ də qorunub saxlanılır. Bu stabilliyin də səbəbi ölkəyə xaricdən gələnlərin hesabına bu bazara tələbatın olmasıdır. Dekabrda obyektlərin icarə qiymətində də kəskin dəyişiklik olmayıb. Çünki bir ay kirayə qiymətlərinin dəyişməsi üçün elə də böyük müddət deyil".

Sosial       Tarix: 18 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


son xeberler azerbaycan xeberleri yeni xeberler gunun xeberleri krimnal bugun cəbhədən son dəqiqə son xeber az