Bakının həllini tapmayan parkinq dərdi - Sürücülərdən yığılan milyonlar kimlərin cibinə axır?

Bakının həllini tapmayan parkinq dərdi - Sürücülərdən yığılan milyonlar kimlərin cibinə axır?Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği" barədə qərarı bu gündən qüvvəyə minib. Nazirlər Kabinetinin iyunun 25-də təsdiq etdiyi "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği" yalnız dövlətə məxsus parkinqlərdə qüvvədə olacaq. 
Bakıda insanların ən çox əziyyət çəkdiyi problemlərdən biri də qanunsuz parklanmadır. Belə ki, avtomobillərin qanunsuz parklanması davam edir. Parklanma yerlərində kimliyi bəlli olmayan şəxslər vətəndaşlardan pul tələb edirlər. 
Bəs yığılan bu pullar hara gedir? 
Milli Məclisin deputatı Fəzail Ağamalı azxeber.com-a açıqlamasında bildirib ki, yığılan pullar dövlətin büdcəsinə deyil, kimlərinsə cibinə gedir: 
Bakının həllini tapmayan parkinq dərdi - Sürücülərdən yığılan milyonlar kimlərin cibinə axır?"Parklanma yerlərinin tənzimlənməsi ilə bağlı son vaxtlar qanunvericilik səviyyəsində ciddi addımlar atılıb. Ancaq xüsusi olaraq marketlərin, böyük ticarət mərkəzlərinin qarşısında qanunsuz parklanma həyata keçirilir. Sarı jilet geyinib, əllərinə aldıqları tənzimləyici çubuqdan istifadə etməklə maşınların yerini, harda dayanmalı olduqlarını göstərirlər. Pul alırlar, ancaq heç çek də vermirlər. Böyük ticarət mərkəzlərində bu problem ciddi olaraq önə çıxır. Bununla bağlı ciddi addımlar atmaq, tənzimləmək lazımdır. Yığılan pullar dövlətin büdcəsinə getməlidir, kimlərinsə cibinə yox".
Mövzu ilə bağlı nəqliyyat eksperti Fərhad Eyyubov azxeber.com-a açıqlamasında Bakıda parklanma probleminin gərgin məsələ olaraq qaldığı söyləyib:
Bakının həllini tapmayan parkinq dərdi - Sürücülərdən yığılan milyonlar kimlərin cibinə axır?"Bakıda nəqliyyat vasitələri o qədər çoxdur ki, bunların hamısı hərəkət etsə, daimi tıxac olar. Nəqliyyat vasitələrinin müəyyən müddətlərdə parklanma yerlərində dayanması yollarda nisbətən tıxacı azaldır. Ancaq xüsusən ikizolaqlı bir istiqamətli yerlərdə hərəkətə çox maneəçilik törədir.
Şəhərin mərkəzində, Nərimanov və Nəsimi rayonunda iki tərəfli yolların bir istiqamətinə parkinq yeri ayrılır. 
Bakıda yollar elə dardır ki, onları yanlız hərəkət istiqaməti üçün istifadə etmək mümkündür. Parklanma üçün əlavə yerlər, xüsusi zirzəmilər, qarajlar bir neçə meydanlar olmalıdır.
Heç bir pasportlaşdırma, ümümi araşdırma aparılmadan parklanma yerlərini hərəkət yerlərinə nizamlayıblar. Bununla da hesab edirlər ki, nəqliyyat yerlərində parkinq üçün şərait yaratmış olurlar. Əksinə bu hərəkətə maneə törədir".
Fərhad Eyyubov qeyd edib ki, parklanma qeyri-qanuni hesab olunmasın deyə yollarda müəyyən sxemlər qoyublar ki, bura parklanma yeridir:
"Hərəkət hissəsində parklanmanı üçzolaqlı yollarda hərəkətə maneə törətmirsə, təmin etmək olar. Nizamlamaqdan ötür isə  göstəriciləri dəqiqləşdirmək lazımdır. 
Yoxsa hərəkət istiqamətində parklanmanı müəyyən insanların orda dayanıb, pul qazanması xatirinə etmək olmaz.
Parklanma məsələsinə düzgün yanaşmağı məsləhət görərdim. Bakı şəhərində parkinq xatirinə hərəkət hissələrini daraltmaq yollarda tıxacın yaranmasına səbəb olur".
Şəbnəm Zahir

Sosial       Tarix: 25 iyul 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


azerbaycan xeberleri yeni xeberler son xeberler novruz bayramı cəbhədən görüntülər bu gune olan xeberler son xeber az