"Baku Electronics"də nə baş verir? – Vergi borcu 1,2 milyonu keçdi

Rəqəmsal və məişət texnikasının satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkələrindən biri olan "Baku Electronics"in dövlət büdcəsinə 1 milyon 213 min 691 manat 29 qəpik vergi borcu var.
KONKRET.az Yeniavaz.com-a istinadən xəbər verir ki, "Baku Electronics" adlı mağazalar şəbəkəsi "Baku Electronics" MMC-yə bağlıdır.
Məlumat üçün bildirək ki, 9 fevral 2001-ci ildə dövlət qeydiyyatına alınan "Baku Electronics" MMC-nin nizamnamə kapitalı 15 milyon 146 min 300 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Saeid Nakhjavanıdir.
Onu da bildirək ki, "Baku Electronics" MMC-nin sahibi 1988-ci ildən Türkiyədə fəaliyyət göstərən "NAB Holdinq" şirkətidir. "NAB Holdinq" Türkiyədə yaşayan Cənubi Azərbaycan əsilli Eromi ailəsinə məxsusdur. Hazırda "NAB Holdinq"in İdarə Heyətinin sədri Behram Eromidir.
"NAB Holdinq" şirkəti 1994-cü ildən Azərbaycanda geniş biznes şəbəkəsinə malikdir. "Bank of Baku", "Baku Electronics", "Qafqaz Lizinq", "Buta Sığorta", "Baku Service Company", "Auto Azərbaycan" kimi şirkətlərin əsas sahibi "NAB Holdinq" şirkətidir. "Qafqaz Lizinq" və "Buta Sığorta" fəaliyyətini dayandırsa da, digər şirkətlər öz fəaliyyətlərini davam etdirirlər. Hazırda 35%-lik pay ilə "Bank of Baku"nun ən böyük səhmdarı "NAB Holdinq"dir.
Qeyd edək ki, Türkiyə mətbuatında "NAB Holdinq"in İdarə Heyətinin sədri Behram Erominin İran əsilli məşhur iş adamı Rza Zərrabın bacısının həyat yoldaşı olduğu yazılıb və bu məlumat bu günə kimi təkzib olunmayıb.

Sosial       Tarix: 13 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbərlər kriminal xeber maliyye xeberler bugun oxu.az xeberler