"Baku Steel Company" və DOST Mərkəzi şəhid oğluna görün nə etdi? - FOTO

2023-cü ildə "Baku Steel Company"də işləyən Tural İbrahimovu şirkət 3 ay sonra, aprel ayında əsassız yerə işdən azad edib.
KONKRET.az Tribunainfo.az-a istinadən xəbər verir ki, bunu redaksiyamıza Şəhid övladı Tural İbrahimovun özü bildirib.
O deyib ki, şirkətdən işdən çıxarılması ilə bağlı heç bir açıqlama verilməyib. "Mənə "nə olsun ki, atan Şəhiddir", dedilər. Sonra da ərizə yazdıraraq, öz xoşumla işdən azad etdilər".
Qeyd edək ki, 1988-ci il təvəllüdlü Tural İbrahimov Laçın şəhərində anadan olub. Atası, baş Leytenant Zakir İbrahimov 1992-ci ildə Laçın şəhəri uğrunda gedən döyüşlərdə Şəhid olub.
2023-dən bəri işsiz qalan Tural İbrahimovun 6 aylıq körpəsi var. Sosial Müdafiə Fondu onu işsizdir deyə sosial müavinətdən məhrum edib. O bildirib ki, intihar həddində olsa da, körpəsinə görə, səbr edir.
Bildirək ki, Tural İbrahimov 650 bal toplayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub. Və Biznesin İdarə Edilməsi (MBA) üzrə magistr təhsili alıb. "Peşəkar fəaliyyətim risk, daxili nəzarət, audit və uyğunluq sahələrini əhatə edir. Müxtəlif maliyyə və sığorta təşkilatlarında çalışaraq əməliyyat risklərinin idarə edilməsi, AML (Anti-Money Laundering) nəzarəti, daxili nəzarət sistemlərinin qurulması və audit proseslərinin icrasında geniş təcrübə əldə etmişəm. Karyeram ərzində Dost Agentliyi, Cahan Sığorta Agentliyi, Bank Respublika, Azərbaycan Sənaye Bankı və digər təşkilatlarda müxtəlif rəhbər vəzifələrdə çalışmışam. İş təcrübəmin əsas istiqamətləri risklərin idarə edilməsi, uyğunluq siyasətlərinin formalaşdırılması, daxili nəzarət və audit sistemlərinin qurulması və tənzimləyici tələblərə uyğun fəaliyyətin təmin edilməsi olub.
"Azərbaycan, rus, türk və ingilis dillərində sərbəst danışıram".
Tural İbrahimov deyib ki, Dost Agentliyində ona "torba" tikiblər. "Əvvəlcə müddətsiz müqavilə bağlayıb, daha sonra onu 6 aylıq etdilər. Ardından yerimi dəyişib işdən çıxardılar. 2021-2023 cü ildə isə audit rəhbəri məni işdən çıxardıqdan bir saat sonra işə dəvət edib şiddət göstərdi".
Şəhid övladı sonda onu da deyib ki, 2023-cü ildə Dost Agentliyi tərəfindən müqaviləsinə əsassız xitam verildikdən sonra bütün dövlət qurumlarına iş üçün müraciət edib. "Hələ də uyğun bir iş yeri tapa bilməmişəm".

Hadisə       Tarix: 02 mart 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

Bakıda məktəb mühafizəçisinə hücum edildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasınd

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

Makiyaj edib dərsə gedən şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib. APA-ya istinadla xəbər verir ki, şagirdin atası Çingiz Balabəyo

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Türkiyənin 7 vətəndaşına qarşı cinayət işi açıb ki, onlardan da biri Fateh Tezcandır. -a istinadən xəbər verir ki, Fateh Tezcan 1976-cı ildə İstanbulun Bakırköy rayonunda anadan olub


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler azerbaycan valyuta mezenesi son xəbərlər bugün 2026 ensonxeberler