Balakən, Oğuz və Şəkidə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni fərdi evlər verildi

Balakən, Oğuz və Şəkidə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni fərdi evlər verildiŞəhid ailələri: "Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi şanlı Qələbələr, torpaqlarımızın bir-birinin ardınca işğaldan azad edilməsi şəhidlərimizin də ruhunu sevindirir".
Qarabağ müharibəsi əlilləri: "Hər an yenidən cəbhəyə dönməyə, qəhrəmanlıq tarixi yazan igid əsgərlərimizlə silahdaş olmağa hazırıq!"
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun doğma torpaqlarımızı Ermənistanın işğalından azad etdiyi bu şərəfli günlərdə şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzilə təminatı tədbirləri də davam edir.
Open.az xəbər verir ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 3 rayonda 19 fərdi yaşayış evi (o cümlədən, Balakəndə 13, Şəkidə 3, Oğuzda 3 ev) şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
Şəki rayonunda evlərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Şəki rayon İcra Hakimiyyəti başçısının müavini Xəlil Xəlilov, Balakən rayonunda evlərin istifadəyə verilməsi tədbirində isə Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Nazirliyin həmin rayon üzrə yerli qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirlərdə qeyd edilib ki, Azərbaycan əsgərinin zəfəri, doğma Qarabağımıza doğru atdığı mətin addımlar hər birimizdə sonsuz qürur və iftixar hissləri yaradıb. Ölkəmizdə Qələbə ovqatının hökm sürdüyü, tariximizə yeni qəhrəmanlıq səhifəsi kimi yazılan bu günlərdə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə yeni fərdi evlərin verilməsi də bir həqiqəti əks etdirir: Vətən naminə döyüşlərdə şəhid olan insanların ailələri, bu döyüşlərdə sağlamlığını itirmiş vətəndaşlar daim Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin diqqətindədir və güclü dövlətimizin qayğısı ilə əhatə olunublar.
Mənzillə təminat proqramının davamı kimi, ötən il 934 mənzil və fərdi ev şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilib. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə bu göstəricinin rekord səviyyəyə çatdırılması, azı 1500 mənzil və fərdi evin qeyd edilən kateqoriyalardan olan vətəndaşlara təqdim edilməsi nəzərdə tutulub. Bu gün Şəki, Balakən, Oğuz rayonlarında təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 636 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 82 fərdi ev) verilib. Qalan evlər də ilin sonunadək veriləcək. Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 8224 mənzil və fərdi ev təqdim edilib.
Yeni evlə təmin edilən şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların rifahına göstərilən yüksək qayğıya, yeni evlərlə təmin olunduqlarına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Şəhid ailələri bildiriblər ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi şanlı Qələbələr, torpaqlarımızın bir-birinin ardınca işğaldan azad edilməsi şəhidlərimizin də ruhunu sevindirir. Xalqımız onu daim zəfərlərə doğru səfərbər edən öz rəhbərinin ətrafında yumruq kimi sıx birləşib.
Qarabağ müharibəsi əlilləri isə hər an yenidən cəbhəyə dönüb igid əsgərlərimizlə silahdaş olmağa hazır olduqlarını vurğulayıblar.

Hadisə       Tarix: 07 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər

Naxçıvanda yeniyetmə bıçaqlandı

Naxçıvanda 16 yaşlı yeniyetmə bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, mübahisə zamanı 2010-cu il təvəllüdlü S. Məmmədov (ad şərtidir) bıçaqlanıb. Yaralı Naxçıva

Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı

Biləsuvar rayonunda əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində fasiləyə səbəb olub. xəbər verir ki, ildırım elektrik dayağının izolyatorunu vurub. Nəticədə elektrik təchizatında yaranan problem səbəbindən rayonu

Bakıda yük avtomobili qəza törətdi, yol bağlandı

Nərimanov rayonu, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişmədə yük avtomobili qəza törədib. xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb. Qəza səbəbindən metronu

Ata ona yeni ayaqqabı alması ilə bağlı irad bildirən qızını döydü

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Nağı Kərəmovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. . -a istinadə

İki ay faiz ödədi, üçüncü ay qətl törətdi - Siyəzəndə baş verən qətlin detalları

Siyəzən rayonunda sələmə pul verən qadın qətlə yetirilib. oxuaz-a istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında rayonun Böyük Həmyə kəndində baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Xəyalə Muradağa qızı Ağamalıyev

Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı

Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı minik avtomobili idarəetmədə

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbə


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari son xeber az valyuta en son xeberler