Balakəndə narkotik vasitələrlə əlaqəli 7 nəfər SAXLANILDI - FOTO

Balakəndə narkotik vasitələrlə əlaqəli 7 nəfər SAXLANILDI - FOTOBalakən Rayon Polis Şöbəsinin əməkdaşlarının son 15 gündə keçirdikləri əməliyyatlar zamanı narkotik vasitə və psixotrop maddələrin satışı, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 7 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundanKONKRET.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olan rayon sakinləri – Həsən Gəncəliyev və Səyyad Əhmədov saxlanılıb. H.Gəncəliyevin rayonun Hənifə kəndi ərazisindəki meşəlikdə, S.Əhmədovun isə qarğdalı sahəsində yetişdirdiyi narkotik tərkibli bitkilər polis əməkdaşları tərəfindən aşkarlanaraq maddi sübut kimi götürülüb.Həmçinin, şəxsi axtarış zamanı H.Gəncəliyevdən qurudulmuş marixuana da aşkarlanıb.
Keçirilən növbəti əməliyyatlar zamanı isə Kamran Əliyev, əvvəllər də eyni əmələ görə 3 dəfə məhkum olunmuş Sərxan Mirzəyev, Kamil Məmmədov, Kənan İmamverdiyev və Rövşən Məmmədov saxlanılıb. Onların üzərilərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə heroin, qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb.
Faktarla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Hadisə       Tarix: 18 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib. -ın məlumatına görə, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altınd

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

İki ay faiz ödədi, üçüncü ay qətl törətdi - Siyəzəndə baş verən qətlin detalları

Siyəzən rayonunda sələmə pul verən qadın qətlə yetirilib. oxuaz-a istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında rayonun Böyük Həmyə kəndində baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Xəyalə Muradağa qızı Ağamalıyev

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü

Neftçala rayonunda bədbəxt hadisə baş verib. KONKRET.azxəbər verir ki, hadisə rayonun Pirətəvan adlanan ərazisində qeydə alınıb. İlkin məlumata görə, rayonun Həsənabad qəsəbə sakini, 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber az dunyada son xeberler bu gunun xeberleri haqqinda melumat xeber.az bu gun