Balın növləri

Balın növləriBu balı tərkibinə görə ən qiymətli bal hesab eləmək olar. Onun cökə çiçəyini xatırladan zərif qoxusu, solğun sarı rəngi olur. Cökə balı tez bir zamanda kristallaşa bilir, bu zaman onun xırda və narın kristalları olur. Cökə balı kristallaşan zamanı onun rəngi ağarır. Onu xüsusi dadı olur və bu dad cökə balını digər ballardan asanlıqla fərqləndirir. Cökə balının qidalandırıcı və müalicəvi faydaları böyükdür. Xalq təbabətində cökə balından soyuqlama, angina, laringit, bronxit, traxeit, bronxial astma, ürək zəifliyi, mədə-bağırsaq xəstəlikləri, böyrək və öd kisəsi xəstəlikləri zamanı istifadə edilir. Cökə balı, cökə çiçəyinin müalicəvi təsir etdiyi xəstəliklərin müalicəsini sürətləndirir və sağalmasında rol oynayır.
Ağ akasiya balı
Akasiya balı tünd dada və akasiya qoxusunu xatırladan ətrə malikdir. Təzə akasiya balı açıq sarı rəngdə olur. O gec kristallaşır, kristallaşanda süd ağı rəngdə olur. Bu bal ən qatı bal hesab edilir.
Akasiya balı orqanizmi möhkəmləndirir, yuxusuzluq, mədə-bağırsaq, öd və böyrək xəstəlikləri zamanı faydalı təsir göstərir.
Günəbaxan balı
Bu növ balı günəbaxan sahələrində yerləşdirilmiş pətəklərdə yaşayan arılar toplayır. O keyfiyyətli, dadlı və zəif ətrli olur. Günəbaxan balı tez kristallaşır və onun kristalları sarı rəngə malik olur. Günəbaxan balının qidalandırıcı və müalicəvi-bakteriasid təsiri vardır.
Moruq balı
Moruq balı meşəlik ərazilərdə moruq kollarının yaxınlığında yerləşdirilən pətəklərdən toplanır. Bu zaman bal meşə bitkilərinin çiçəklərindən toplanan nektardan əmələ gəlsə də, onun əsas tərkibini moruq çiçəklərindən toplanmış nektar təşkil edir. Moruq balının sarı, işıqlı rəngi, çox gözəl ətri və gözəl dadı olur. Balın bu növü sanki ağızda əriyir. Moruq balı moruq çiçəkləyən zaman əldə olunur. Müalicəvi moruq balı yay aylarında toplanmağa başlanır. Meşədə moruq kollarının üstündə hətta yağış yağarkən arılara rast gəlmək mümkündür. Moruq balından soyuqlamalar, avitaminozlar, böyrək xəstəlikləri və zəiflik zamanı möhkəmləndirici vasitə kimi istifadə edilir.
Zirinc balı
Zirinc balının xoş ətri və zərif şirin dadı olur. Bu balı arılar zirinc çiçəklərindən toplayırlar. Zirinc balının müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. Ondan xalq təbabətində qanaxmalar zamanı istifadə edilir.
Pıtraq balı
Kəskin xoş ətrə malik olur, axıcı və dadlı olduğuna görə yumşaq təsiri bağışlayır. O açıq sarı zeytun rənginə meyilli rəngə malikdir. Pıtraq balını arılar çəhrayı pıtraq çiçəyindən toplayırlar. Pıtraq balı mədə-bağırsaq və dəri xəstəlikləri zamanı çox faydalıdır.
Melissa balı
Bu balın pətəyi xüsusi olaraq melissa çiçəkləri bitən yerlərdə saxlanılır. Orada yaşayan arıların topladıqları nektarlardan əldə edilən bal bənövşəyinin çalarlari rənginə meyilli olur və xüsusi qoxuya malikdir. Melissa balından ürək-damar və nevroz xəstəlikləri zamanı istifadə edilir.
Nanə balı
Nanə balı xüsusi nanə qoxusuna bənzər qoxuya malik olur və bu bala ehtiyac olduğu üçün toplanması üçün daha çox pətəklərə ehtiyac duyulur. Nanə balının müalicəvi xüsusiyyətləri çox genişdir. Onun tərkibində olan C vitamininin miqdarı digər ballarda olan C vitamininin miqdarından artıqdır. Nanə balı kristallaşdıqda buğda rəngində və ya sarı rəngdə kristallara dönüşür. Nanə balı orqanizmə sakitləşdirici, ödqovucu, ağrıkəsici təsir bağışlayır. Mədə-bağırsaq xəstəlikləri zamanı nanə balından istifadə etməkdə fayda var.
Yemişan balı
Yemişan balı yemişan çiçəklərindən toplanmış nektarlardan əldə olunur. Yemişan balı toplamaq üçün arı pətəyini çoxlu yemişan kolu olan yerlərə qoyurlar. Yemişan balından böyrək xəstəlikləri zamanı istifadə edilir.
May balı
May balı yazın ilk aylarından açılan çiçəklıərdən toplanan baldır. May balının toplanmasıda bənövşə, zəngçiçəyi, acıqovuq, gülxətmi, dəvəıdabanı, yaz aylarında çiçəkləyən ağacların çiçəklərindən toplanır. May balı ən qiymətli bal hesab edilir. Onun qızılı rəngi,və möcüzəli xoş ətri olur. May balının gözəl dadı və müalicəvi xüsusiyyətləri olur. May balından müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.
Çəmən balı
Çəmən balı çəmənlikdə bitən çiçəklərin nektarından toplanır. Çəmən balının əmələ gəlməsində acıqovuq, acıçiçək, adi zirə, andız, qaraqaytaran, qanqal və digər müxtəlif çəmən çiçəklərinin nektarlarından istifadə olunur.  Çəmən balının xüsusi dadı və ətri olur. Onun ətri çəmən çiçəklərinin ətrinə bənzəyir. Çəmən balı qidalandırıcı və müalicəvi xüsusiyyətlərə malikdir. O antibakterial təsirə malikdir. Çəmən balından böyrək xəstəlikləri, iltihabi xəstəliklər zamanı xəstəlik əlamətlərini yumşaldıcı və ağrıkəsici kimi istifadə olunur.
Meşə balı
Meşə balı meşələrdə bitən və bal vermək qabiliyyəti olan bitkilərin nekratından toplanan baldır. Meşə balının əmələ gəlməsində yabanı meşə bitkilərinin rolu var. Bu bitkilərə itburnu, qanqal, qara qanqal, moruq,cökə, meşə giləmeyvələri və s. aiddir. Meşə balının toplanması zamanı arılar böyrütkən daxil olmaqla bütün balverən bitkilərdən yararlanır. Meşə balının əmələ gəlməsinə bir çox meşə çiçəklərinin nektarlarından istifadə edildiyinə görə bu bal bir çox xəstəliklərin müalicəsi zamanı çox faydalıdır. Ondan demək olar ki, bütün xəstəliklər zamanı istifadə edilir.
Dağ balı
Balların seçimini apararkən dağ balı da qiymətli ballardan biri kimi dəyərləndirilir. Ən yaxşı dağ balı dağın ətəyindən 1000 metr hündürlükdə qoyulan pətəklərdə toplanan bal hesab edilir. Bu balın keyfiyyəti onun tərkibində bütün dağ çiçəklıərindən toplanmış nektarların tərkibinə görə təyin olunur. Dağ çiçəklərinin fərqliliyi balın müalicəvi xüsusiyyətinin yüksək olmasına zəmanət verir. Dağ balından tənəffüs yollarının xəstəlikləri zamanı istifadə olunur. Dağ balının tərkibində bir növ çiçək sayının üstünlüyü olmadığı üçün onun ətri daha fərqli olur. Müxtəlif dağ çiçəklərinin qarışımından alınan bal ətri tünd, əsrarəngsiz və çox gözəl olur. Bəzən başqa bal növlərini ətirli etmək üçün ona dağ balı əlavə edib qarışdırırlar. Bu zaman balın hansı növə aid olmasını araşdırmaq məqsədilə onu yoxlamaq lazımdır. Balın növünü yoxlamaq üçün onu az miqdar isitmək lazımdır. Bal isindikdə onun hansı çiçəklərdən əmələ gəldiyini təyin etmək mümkün olur. Dağ balının gözəlliyi onun tərkibində olan nektarların əlçatmaz dağ çiçəklərindən əmələ gəlməsindədir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 21 sentyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Qriplə əlaqədar epidemioloji vəziyyət

"Hazırda, qrip və kəskin respirator virus infeksiyaları ilə əlaqədar epidemioloji vəziyyət stabil və nəzarətolunandır". bildirir ki, bunu APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Peyğəmbərin təriflədiyi toxum: Hər gün 2-3 ədəd

"Qara toxum" hesab edilən və Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) tərəfindən tövsiyə edilən çörək otu əsrlər boyu şəfa mənbəyi kimi istifadə edilib.   -a istinadən xəbər verir ki, Səhih Müslim və Buxariyə görə, Peyğəmbərimi

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bu gun cəbhədən son xeber cəbhədən son xəbərlər cəbhədən son məlumatlar