BAMF BMT-də Qarabağdan deportasiya olunan uşaqlardan danışdı- FOTOLAR
Martın 27-də BMT-nin Cenevrə ofisində İnsan Hüquqları şurasının 58-ci Sessiyası çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Konflikt zonalarında uşaqların hüquqları" adlı yan tədbir keçirilib. Tədbirdə beynəlxalq təşkilatların, hökumət missiyalarının, xarici QHT-lərin nümayəndələri, mövzu üzrə ixtisaslaşmış elm xadimləri, media mənsubları və digər qonaqlar iştirak ediblər.
İlk olaraq BAMF-ın prezidenti Umud Mirzəyev açılış nitqi ilə çıxış edib. O, Qərbi Azərbaycandan deportasiya olunan və Birinci və İkinci Qarabağ müharibələrinin qurbanına çevrilmiş azərbaycanlı uşaqlardan danışıb: "Təəssüflə qeyd etməliyəm ki, 1988-1989-cu illərdə etnik təmizləmə nəticəsində indiki Ermənistan ərazisindən 300 mindən artıq azərbaycanlı, o cümlədən on minlərlə uşaq yaşadığı doğma torpaqlarından deporatsiya olunmuşdur. Birinci Qarabağ müharibəsində isə Dağlıq Qarabağ və ətraf rayonlarda öldürələnlər arasında minlərlə uşaqlar var idi" – deyə, Umud Mirzəyev bildirib.
Daha sonra Azərbaycanlı uşaqların da yer aldığı, dünyanın qaynar nöqtələrində münaqişələrdən təsirlənən uşaqların taleyindən bəhs edən "Müharibə və uşaqlar" adlı qısa videoçarx nümayiş etdirilib. BAMF-ın xüsusi nümayəndəsi Nik Nvolisa isə münaqişə zonalarında yaşayan uşaqlar haqqında hesabatı təqdim edib.
Hesabatda Azərbaycanın mina qurbanlarının statistikası da öz əksini tapıb.
Təqdimatdan sonra tədbirin təşkilatçılarından olan "Beynəlxalq Hüquqlar və İnkişaf İnstitutu"-nun idarə heyətinin üzvü, o cümlədən, "Qlobal Su Ətraf Mühit və Sağlamlıq İnstitutu"-nun icraçı direktoru Nidal Səlim davam edən münaqişələrin uşaqların həyatına təsirlərindən, Qarabağda həyatını itirən uşaqlardan və Qəzzada baş verənlərdən danışıb: "Son günlər yenidən Qəzzada münaqişənin aktivləşdiyini müşahidə edirik. Bizi ən çox məyus edən isə həyatını itirənlər arasında uşaqların sayının çox olmasıdır. Qarabağda da eyni ağrılı insan talelərinin, hekayələrin şahidi olmuşuq. Artıq qəbul etməliyik ki, sülh və əmin-amanlıq nəinki uşaqların, bütün insanların hüquqlarının qorunmasının təməl prinsipidir."
Qlobal Cənub Şəbəkəsinin üzvü və Cenevrə Diplomatiya Məktəbinin mentoru doktor Blerim Mustafa isə bəzi mühüm statistikaları və xüsusilə Xocalı faciəsini qeyd edib:
"Beynəlxalq araşdırmalara görə, hər 6 uşaqdan 1-i münaqişənin təsirinə məruz qalan bölgələrdə yaşayır. 1990-cı illərdə münaqişə zonalarında yaşayan uşaqların sayı 10% olduğu halda, bu gün bu rəqəm təxminən iki dəfə artaraq 19%-ə çatıb. Birinci və İkinci Qarabağ müharibələri zamanı uşaqlar da bu münaqişələrin mənfi təsirinin qurbanına çevriliblər. Xüsusilə, Xocalı soyqırımı uşaqların dəhşətli qətliamı kimi tarixə həkk olunub. Bu, dünyada milyonlarla uşağın üzləşdiyi dəhşətli reallıqlardan biridir."
Beynəlxalq Əmək Təşkilatının Baş texniki məsləhətçisi doktor Simon Hils təmsil etdiyi təşkilatın atdığı addımlardan və prinsiplərindən danışıb: "Biz müharibələr nəticəsində sosial problemlərlə üzləşən insanların mövcud durumlarının son dərəcə ağır olduğunu bilirik. Bu müddətdə uşaqların qanunsuz olaraq işlədilməsi də ən böyük qanun pozuntularındandır və biz hazırda bununla mübarizə aparırıq. Bu gün bizim əsas prinsiplərimizdən biri sosial dialoqlar vasitəsilə sülhə dəstək verməkdir."
Texniki səbəblərdən tədbirdə iştirak edə bilməyən Beynəlxalq Əlillər Şurasının rəhbəri doktor Anna Laçovskanın və Beynəlxalq Münasibətlər İnstitutunun professoru, araşdırmaçı Katlin Prokterin tədqiqatlara əsaslanaraq hazırlanmış çıxışları da auditoriyada böyük maraqla qarşılandı. Panelistlərin çıxışları yekunlaşdıqdan sonra sual-cavab sessiyası təşkil olunub. Burada çıxış edən Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) icraçı direktoru Melissa Parke tədbirin əhəmiyyətini və BAMF ilə olan uğurlu əməkdaşlığı qeyd edərək təşkilatçılara öz təşəkkürlərini bildirib.
Tədbirin sonunda BAMF-ın beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə ünvanladığı konflikt zonalarında yaşayan uşaqların hüquqlarının təmin olunmasını və sülh təşəbbüslərini dəstəkləyən bəyanatı səsləndirilib. Bəyanatda, həmçinin, Ermənistandan deportasiya olunan və Qarabağ müharibələrindən təsirlənən Azərbaycanlı uşaqlar haqqında da faktlar qeyd olunub.







/ azxeber.com
Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam