Bandotdel'dən əməliyyat: 6 nəfər həbs edildi - FOTO

Bandotdel'dən əməliyyat: 6 nəfər həbs edildi - FOTOBaş Narkotiklərlə Mübarizə İdarəsi və Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası, onların qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı birgə silsilə əməliyyatlar keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan azxeber.com-a verilən məlumata görə, keçirilən tədbirlərlə 6 nəfər tutularaq məsuliyyətə cəlb edilib, ümumilikdə 17 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb.
Daxil olmuş məlumat əsasında rayonun Bığır kəndində polis əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən keçmiş məhkum Azad Cəlilov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahədəki istixanada, pomidor şitillərinin arasında aqrotexniki qulluq göstərməklə yetişdirdiyi 269 ədəd çətənə bitkisi, eləcə də 200 qramdan artıq qurudulmuş marixuana qablaşdırılaraq maddi sübut kimi götürülüb.
Keçirilən digər əməliyyat tədbiri nəticəsində isə əvvəllər məhkum olunmuş rayon sakinləri - narkotik vasitələrin qanunsuz dövriyyəsi və xuliqanlıq cinayətlərinə görə, 20 il məhkumluq həyatı yaşayan Polad Qəribov və Nicat Hacıyev saxlanılıb. Şəxsi axtarış zamanı saxlanılanların hər ikisindən külli miqdarda heroin aşkarlanıb.
Göyçay şəhəri ərazisində keçirilən digər əməliyyat zamanı isə daha 3 nəfər, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuşlar - Nəriman Rəhimov, Qabil Pirəliyev və Elvin Məmmədov tutulub. Onlardan bükümlərdə heroin və psixotrop maddə olan metamfetamin götürülüb. N.Rəhimov ifadəsində üzərindən aşkarlanan narkotik vasitələri sosial şəbəkədə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla 200 manat aldığını bildirib.
Faktlarla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Bandotdel'dən əməliyyat: 6 nəfər həbs edildi - FOTOBandotdel'dən əməliyyat: 6 nəfər həbs edildi - FOTOBandotdel'dən əməliyyat: 6 nəfər həbs edildi - FOTOBandotdel'dən əməliyyat: 6 nəfər həbs edildi - FOTO

Sosial       Tarix: 09 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla


son xeberler yeni xeberler azerbaycan xeberleri enson xeberler xabar az cəbhədən son durum dunyada son xeberler