"Bank işçisi Ermənistan müdafiə nazirinin müavini oldu" -  Qeqam Manukyan

"Bu ölkədə güclü təhlükəsizlik sisteminə, orduya, möhkəmləndirilmiş sərhədə ehtiyac yoxdur".
KONKRET.az xəbər verir ki, bunu "Facebook" səhifəsində Ermənistan" blokundan olan deputat daşnak Qeqam Manukyan yazıb.
O, bildirib ki, bu gün Ermənistanda gülməli təyinat olub.
"Ölkənin təhlükəsizlik sisteminə qarşı ən ciddi çağırışlar, Silahlı Qüvvələrdə aparılan əsaslı islahatlar, mənəvi-psixoloji vəziyyətin kəskin dəyişməsi fonunda İrəvan merinin keçmiş müavini Hraçya Sarkisyan müdafiə nazirinin müavini təyin edilib. Düz oxudunuz: bir neçə ay İrəvanın müvəqqəti meri olmuş bir bank işçisi Ermənistan müdafiə nazirinin müavini oldu. Bundan sonra isə Ermənistan ordusunun döyüş qabiliyyəti və islahatlarından danışacaqlar", – deyə erməni deputat qeyd edib.
O, bir neçə ay əvvəl Silahlı Qüvvələrdəki vəziyyətlə bağlı etdiyi təklifdən söz açıb:
"Bir neçə ay əvvəl müxalifətin Silahlı Qüvvələrdəki vəziyyətlə bağlı təklif etdiyi Milli Məclisin qapalı iclasında mən əsas məruzəçi kimi, digər məsələlərlə yanaşı, yüksək hərbi postların ştat sayının az olması barədə də danışmışdım. Qeyd etdim ki, üç ilə yaxındır ki, müdafiə nazirinin müavinlərindən birinə heç kim təyin olunmayıb. Belə bir təyinatın olacağını bilsəydim, bu barədə məsələ qaldırmazdım", – deyə Qeqam Manukyan əlavə edib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Hraçya Sarkisyan hökumət başçısının müşaviri vəzifəsindən azad edilib. Baş nazirin digər qərarı ilə Hraçya Sarkisyan Ermənistan müdafiə nazirinin müavini təyin edilib.
Günel Mikayılova,
KONKRET.az

Siyasi       Tarix: 04 avqust 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə


yeni xeberler azerbaycan xeberleri son xeberler son.xabar xeberler bu gun xəbər son xeberler bugun 2026 canli