"Dreamland Baku" "AIREX 2026" sərgisində - Fotolar

"Dreamland Baku" Azərbaycanın premium yaşayış, istirahət və investisiya imkanlarını beynəlxalq auditoriyaya təqdim edir.
4-6 noyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində ilk dəfə keçirilən Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi "AIREX 2026"da "Dreamland Baku" da iştirak edir.
Daşınmaz əmlak, investisiya və şəhərsalma sahələrinin aparıcı iştirakçılarını bir araya gətirən "AIREX 2026" yerli və beynəlxalq şirkətlər üçün yeni biznes əlaqələrinin qurulması, investisiya imkanlarının təqdim edilməsi və strateji əməkdaşlıqların inkişaf etdirilməsi baxımından mühüm platformadır.
Sərgidə iştirak çərçivəsində "Dreamland Baku" özünün premium yaşayış və həyat tərzi konsepsiyasını, eləcə də daşınmaz əmlak və istirahət sahəsində təqdim etdiyi imkanları ziyarətçilərin diqqətinə çatdırır.
Bakı şəhərində yerləşən "Dreamland Baku" müasir yaşayış infrastrukturu, beynəlxalq standartlara cavab verən 18 dəlikli qolf meydançası, hotel və apart-hotel xidmətləri, spa və fitnes imkanları, restoranlar, əyləncə və tədbir məkanlarını bir araya gətirən unikal inteqrasiya olunmuş kompleksdir.
Kompleksin əsas üstünlüklərindən biri yaşayış, istirahət, idman, sağlamlıq və sosial həyat imkanlarının vahid məkanda birləşdirilməsidir. Villa və mənzillərdən ibarət yaşayış seqmenti, "Dreamland Golf Club", "Dreamland Golf Hote"l, "Dreambody Athletic Club & Spa", restoranlar və digər xidmətlər sakinlərə və qonaqlara fərqli həyat tərzi təcrübəsi təqdim edir.
"AIREX 2026" çərçivəsində "Dreamland Baku"nun iştirakı layihənin daşınmaz əmlak bazarında mövqeyinin gücləndirilməsi, potensial alıcı və investorlarla əlaqələrin genişləndirilməsi, eləcə də beynəlxalq biznes dairələri ilə yeni əməkdaşlıq imkanlarının araşdırılması baxımından əhəmiyyət daşıyır.
"Dreamland Baku" uzunmüddətli inkişaf strategiyası çərçivəsində yalnız yaşayış məkanı deyil, eyni zamanda Bakının premium həyat tərzi, idman və istirahət istiqamətində regional cəlbediciliyini artıran çoxfunksiyalı destinasiyalardan biri olmağı hədəfləyir.
/ azxeber.com

İqtisadiyyat       Tarix: 05 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev

Elm və təhsil sahələrinə ümumilikdə 5,4 milyard manat vəsait yönəldilir. Bu, ümumi daxili məhsulun 3,8 faizinə bərabərdir. xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlı

Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN

Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslərin işdən azad olunmasına görə cərimə müəyyənləşir. -a istinadla xəbər verir ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb

City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda

City Garden Narimanov-da təməldən mənzil satışları davamedir. Bakını coğrafi mərkəzində yerləşən meqa yaşayış kompleksiCity Garden Narimanov-dan sevindirən xəbər var. Alıcıların gözlədiyi təməldən mənzil seçimi artıq mümkündür

Azərbaycanda yeni biznes xəbər saytı fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. xəbər verir ki, yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək

Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası

Birbank Biznes fərdi sahibkarlar üçün mikro biznes kreditini daha əlçatan və sərfəli edən kampaniyaya start verib. 29 oktyabr – 30 noyabr 2026-cı il tarixlərində Birbank Biznes tətbiqi vasitəsilə krediti başdan-başa onlay

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb

Azercell-in dəstəyi ilə keçirilən "AWS Agentic Football Cup" turnirində iştirakçıların hazırladığı süni intellekt agentləri virtual futbol matçlarında müstəqil qərarlar qəbul edib. Bu dəfə futbol meydanında qərarlar

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir. Məlumatlara əsasən, 2025-ci ildə qadınların ort

Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ

Hüquq-mühafizə orqanlarının əməkdaşları adından Azərbaycan vətəndaşlarını aldadaraq pul vəsaitlərini ələ keçirən kiberdələduzluq şəbəkəsinin beynəlxalq axtarışda olan təşkilatçıları saxlanılaraq ölkəyə gətirilib. Daxili Işlə


yeni xeberler son xeberler azerbaycan xeberleri metbuat cəbhədən canlı maşın realiti şou apa.az xeberler