Qırmızı Ürəklər Fondundan "Zəfər Payı" xeyriyyə aksiyası

Qırmızı Ürəklər Fondundan 8 Noyabr – Zəfər Günü münasibətilə Qırmızı Ürəklər Fondu qazilərə və onların ailələrinə dəstək məqsədilə "Zəfər Payı" xeyriyyə aksiyasını həyata keçirir. 2–10 noyabr 2026-cı il tarixlərində davam edəcək təşəbbüs çərçivəsində qazilərə ərzaq məhsullarından ibarət qida qutuları təqdim olunacaq. 
Aksiyanın əsas məqsədi Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə aparmış qəhrəmanlarımıza və onların ailələrinə dəstək olmaq, gündəlik ehtiyaclarının qarşılanmasına töhfə verməkdir. Zəfər Günü ərəfəsində həyata keçirilən bu təşəbbüs həm də qazilərə diqqət və ehtiramın, cəmiyyətin birlik və həmrəyliyinin ifadəsidir.
"Zəfər Payı" aksiyasına qoşulmaq və təşəbbüsə dəstək olmaq istəyən hər kəs Birbank mobil tətbiqinə daxil olaraq "Xeyriyyəçilik" bölməsi vasitəsilə və ya vizualda yerləşdirilən QR kodu oxudaraq ianə edə bilər.
Qırmızı Ürəklər Fondu hər kəsi bu təşəbbüsə qoşulmağa, qəhrəmanlarımıza və onların ailələrinə dəstək olaraq həmrəyliyimizi paylaşmağa dəvət edir.
"Red Hearts" – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün saytına daxil ola bilərsiniz / azxeber.com

İqtisadiyyat       Tarix: 08 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

"İrşad"da Zəfər Gününə özəl "Şad Günlər" kampaniyası başlayır

"İrşad" 8 Noyabr – Zəfər Günü münasibətilə "Şad Günlər" kampaniyasına start verir. Yalnız 4 gün, 7–10 noyabr tarixlərində "İrşad" mağazalarında və onlayn platformalarda bütün məhsulların endiriml

Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı

2027-ci ildə Azərbaycanda yaşayış minimumunun ölkə üzrə 314 manat olması nəzərdə tutulur. xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində qeyd edilib

Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azercell-in "Oflayn Qadınlar" sosial layihəsi beynəlxalq uğurlarını davam etdirir. Zorakılıqla üzləşən və ya zorakılıq riski altında olan qadınların məlumat və yardım resurslarına çıxışını asanlaşdıran təşəbbü

"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır

2027-ci ildə əmək pensiyalarının orta məbləğinin 639 manat, yaşa görə əmək pensiyasının orta məbləğinin isə 680 manat olacağı proqnozlaşdırılır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmə

"Dreamland Baku" "AIREX 2026" sərgisində - Fotolar

"Dreamland Baku" Azərbaycanın premium yaşayış, istirahət və investisiya imkanlarını beynəlxalq auditoriyaya təqdim edir. 4-6 noyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində ilk dəfə keçirilən Azərbaycan Beynəlxal

HONOR X9e Pro: Sərhədlərə meydan oxu

İnanılmaz zərbəyə dayanıqlılıq, 10 metrədək dərinlikdə suya davamlılıq və 11 00 mAh tutumlu güclü batareya — yeni HONOR X9e Pro sərhədlərə meydan oxuyanlar üçün yaradılıb. HONOR premium dizaynı, müstəsna möhkəmliyi və uzunmüddətl

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ

Hüquq-mühafizə orqanlarının əməkdaşları adından Azərbaycan vətəndaşlarını aldadaraq pul vəsaitlərini ələ keçirən kiberdələduzluq şəbəkəsinin beynəlxalq axtarışda olan təşkilatçıları saxlanılaraq ölkəyə gətirilib. Daxili Işlə

Yelo Invest-in yeni imkanı ilə portfelini daha yaxşı tanı

Yelo Bank rəqəmsal investisiya xidməti Yelo Invest-də müştərilərə portfelini daha aydın görməyə imkan verən yeni "Analitika" funksiyasını istifadəyə verib. Ölkədəki investisiya tətbiqləri arasında bu imkan ilk dəf


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən video maliyye xeberler bugun cəbhədən görüntüleri azerbaycanda son xeberler