Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir

Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verirAzercell gənc qadınların informasiya və kommunikasiya texnologiyaları sahəsində inkişafına və gələcək karyera imkanlarının genişləndirilməsinə yönəlmiş "Uğur qızlarımızındır" təşəbbüsünü davam etdirir.
Təşəbbüs çərçivəsində Kompüter elmləri, Data analitikası və İnformasiya təhlükəsizliyi ixtisasları üzrə yüksək nəticələrlə ali məktəblərə qəbul olan tələbə qızlarla görüş keçirilib.
Görüşdə Azercell-in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva, Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova və şirkətin digər nümayəndələri iştirak ediblər.
Müzakirələrdə texnologiya sektorunun inkişaf istiqamətləri, yeni peşə və bacarıqlara artan tələbat, eləcə də tələbələrin gələcək karyera perspektivləri diqqət mərkəzində olub. Gənc qadınların İKT sahəsində daha geniş iştirakının sektorun innovasiya potensialının güclənməsinə və ölkənin rəqəmsal inkişafına töhfəsi vurğulanıb.
Tələbələrin xüsusi maraq göstərdiyi süni intellekt və kibertəhlükəsizlik sahələrində Azercell-in fəaliyyəti barədə də məlumat verilib. Bildirilib ki, süni intellekt Azercell-in rəqəmsal transformasiya strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət bu texnologiyanın müştəri təcrübəsinin yaxşılaşdırılması, şəbəkənin daha səmərəli idarə olunması, kibertəhlükəsizliyin gücləndirilməsi və daxili proseslərin optimallaşdırılması üzrə tətbiqini genişləndirir. Kibertəhlükəsizlik sahəsində də öncül mövqeyini gücləndirən Azercell ölkədə ilk Telekom CERT komandasını yaradıb. Komanda kibertəhdidlərin aşkarlanması və insidentlərə operativ reaksiya imkanlarını inkişaf etdirərək rəqəmsal infrastrukturun təhlükəsizliyinə və dayanıqlığına töhfə verir.
Eyni zamanda, qızlara şirkətdə təcrübə və təqaüd proqramları, həmçinin peşəkar inkişaf imkanları barədə məlumat verilib. 
Yeni nəsil texnologiya mütəxəssislərinin yetişdirilməsi və rəqəmsal savadlılığın təşviqi Azercell-in sosial strategiyasının prioritet istiqamətlərindəndir. Şirkət "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə uyğun olaraq təhsilə, gənclərin inkişafına və bərabər imkanların genişləndirilməsinə yönəlmiş təşəbbüslərlə inklüziv və dayanıqlı inkişafı dəstəkləyir.
Qeyd edək ki, tələbələrin siyahısı ixtisas seçiminin nəticələrinə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunub.
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verirAzercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verirAzercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verirAzercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir/ azxeber.com

İqtisadiyyat       Tarix: 06 noyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl bu tarixdən bahalaşacaq

Dünya bazarında qızılın qiymətində baş verən geriləmənin ilin sonuna qədər davam edə biləcəyi ehtimal olunur. Bəzi beynəlxalq maliyyə qurumları qiymətli metalın bir troya unsiyasının 3 900 dollara, daha mənfi ssenaridə is

Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azercell-in "Oflayn Qadınlar" sosial layihəsi beynəlxalq uğurlarını davam etdirir. Zorakılıqla üzləşən və ya zorakılıq riski altında olan qadınların məlumat və yardım resurslarına çıxışını asanlaşdıran təşəbbü

Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. . xəbər verir ki, yen

Novo Azərbaycan ölkənin nüfuzlu klinikaları ilə piylənmənin idarə olunması üzrə əməkdaşlığa başlayır

Novo Azərbaycan piylənmə üzrə ixtisaslaşmış klinikaların yaradılmasıvə fəaliyyətinin təşkili məqsədilə Citomed Cliniс, Inci Clinic,Esthederm,  Istanbul NS, Kepro esthetic,Medical city, Renessans, Sapfir Esthetics,  Zahr

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Şəkidə "Qəhrəmanlar Bağı" layihəsi həyata keçirilib

Qırmızı Ürəklər Fondu 2021-ci ildən etibarən I və II Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin bir sıra şəhər və rayonlarında ağacəkmə aksiyaları həyat

Azərbaycanda yeni biznes xəbər saytı fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. xəbər verir ki, yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?

Bakının Yasamal rayonunda yerləşən Park Yasamal yaşayışkompleksində hazır, tam təmirli mənzillərin satışı davam edir. Kompleksdə 2otaqlıdan 4 otaqlıya qədər müxtəlif planlaşdırmaya malik mənzil seçimləri,eləcə də şəxsi bağçal

Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı

2027-ci ildə Azərbaycanda yaşayış minimumunun ölkə üzrə 314 manat olması nəzərdə tutulur. xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində qeyd edilib


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən görüntülər ən son xəbərlər bugün son xəbərlər xeber.az 2026