Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb

Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıbAzercell-in dəstəyi ilə keçirilən "AWS Agentic Football Cup" turnirində iştirakçıların hazırladığı süni intellekt agentləri virtual futbol matçlarında müstəqil qərarlar qəbul edib
Bu dəfə futbol meydanında qərarları süni intellekt verib. Azercell-in dəstəyi və "AWS User Group Baku"nun təşkilatçılığı ilə keçirilən "AWS Agentic Football Cup" turnirində 32 komandanın hazırladığı süni intellekt agentləri virtual futbol matçlarında qarşılaşıb.
Dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan "Amazon Web Services" (AWS) mütəxəssislərinin mentorluğu ilə iştirakçılar beş süni intellekt agentindən ibarət virtual futbol komandaları hazırlayıblar. Bu agentlər oyun vəziyyətini təhlil edib, ötürmə, hücum və müdafiə ilə bağlı qərarlar verib. İştirakçılar isə matçların nəticələrini təhlil edərək proqramlarını və oyun strategiyalarını təkmilləşdiriblər.
Mentorlar turnir boyu komandalara texniki yanaşmaların təkmilləşdirilməsi və bulud texnologiyalarından istifadə ilə bağlı dəstək göstəriblər. 
Turnir tələbələrə, mühəndislərə və texnologiyaya maraq göstərən şəxslərə yeni bacarıqlar qazanmaq və təcrübə mübadiləsi aparmaq üçün effektiv platforma olub. Futbol rəqabətini proqramlaşdırma ilə bir araya gətirən bu format iştirakçılara yazdıqları kodun nəticəsini birbaşa oyunda görmək imkanı verib. Onlar süni intellekt agentlərinin dəyişən vəziyyətlərə necə reaksiya verdiyini sınaqdan keçirib, agent əsaslı həllərin hazırlanması və AWS bulud platformasında tətbiqi üzrə praktiki təcrübə qazanıblar. Yarışın sonunda üç qalib müəyyənləşib.
Bu layihəyə dəstək verməklə Azercell ölkədə süni intellekt sahəsində bilik və bacarıqların inkişafını təşviq edir. Məqsəd yerli texnologiya icmasını gücləndirmək və Azərbaycanın rəqəmsal ekosisteminin inkişafında fəal rol oynayacaq mütəxəssislərin yetişməsinə dəstək olmaqdır.
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıbSüni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıbSüni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb/ azxeber.com

İqtisadiyyat       Tarix: 01 noyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Birekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələrigenişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını vəəmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib. xəbə

Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?

Bakıda bazarlarda meyvə-tərəvəzin qiyməti artıb. Bahalaşma bölgələrdən də yan keçməyib. Məhsulların alış qiymətinin yüksək olması onların alıcılara da baha təklif edilməsinə səbəb olur. Bazarlarda mövsümi məhsullar bol ols

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Apple-ın ilk qatlanan smartfonu Kontakt-da satışa çıxdı: ilk Röya Ayxanı sevindirdi

Apple-ın ilk qatlanan smartfonu iPhone Duo artıq Azərbaycanda rəsmi satışdadır. Yeni modelin satışına oktyabrın 30-da start verən Kontakt ilk gündən böyük maraqla qarşılaşıb. Oktyabrın 29-dan 30-na keçən gecə isə öncədə

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy


son xeberler azerbaycan xeberleri yeni xeberler enson xeberler cəbhədən görüntülər son xeberler 2026 sonxəbər