Bank of Baku-da maliyyə savadlılığı günü - FOTOLAR
Bank of Baku cəmiyyətin bütün yaş qrupları arasında maliyyə savadlılığının artırılmasını korporativ sosial məsuliyyət fəaliyyətinin əsas hissələrindən biri hesab edir və bu istiqamətdəki addımlarını davam etdirir.
Bu məqsədlə 4 mart tarixində Bank fo Baku tərəfindən əməkdaşlarının övladları üçün maarifləndirici tədbir təşkil olunub.
11-15 yaşlı uşaqları əhatə edən və "Maliyyə savadlılığı hər yaşda önəmlidir!" şüarı ilə keçirilən tədbir ikihissəli şəkildə təşkil edilib:
1-ci hissədə uşaqlara bankın Ödəniş Sistemləri departamentinin əməkdaşı Gülər Mirzəyeva tərəfindən təlim keçirilib. Təlim zamanı uşaqlara pulun yaranma tarixi, əsginaslar, büdcə planının formalaşdırılması, büdcənin idarəsi üçün mövcud olan rəqəmsal həllər, eləcə də bank kartlarının növləri, onlardan təhlükəsiz istifadə kimi mühüm mövzularda ətraflı məlumat verilib, uşaqların mövzu ilə bağlı sualları cavablandırılıb.
Tədbirin ikinci hissəsi isə intellektual yarış formatında davam edib. Bu hissədə uşaqlar komandalar şəklində yarışmaqla bərabər, səsləndirilən suallar və onlara verilən cavablar sayəsində də əhəmiyyətli məlumatlar əldə ediblər.
Qeyd edək ki, Bank of Baku mütəmadi olaraq sosial media kanalları, Dostbank tətbiqi, eləcə də təşkil etdiyi tədbirlərlə müştərilərini maliyyə təhlükəsizliyi və fırıldaqçılıq halları barədə məlumatlandırır. Bank bundan öncə "Maliyyə savadlılığı hər yaşda önəmlidir!" şüarı ilə həm məktəblilər, həm də yaşlı nəslin nümayəndələri üçün oxşar layihələr həyata keçirib.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com
www.facebook.com/bankofbaku








/ azxeber.com

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb