"Bank of Baku"da yeni təyinat
"Bank of Baku"da yeni təyinat baş tutub.
azxeber.com xəbər verir ki, Özal Talıblı Seyfəddin oğlu "Bank of Baku"nun Xəzinədarlıq departamentinin direktoru vəzifəsinə təyin olunub.
Ö.Talıblı 2009-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İqtisadiyyat ixtisası üzrə bakalavr təhsili alıb.
Daha sonra təhsilini Vyanada "Webster" Universitetində davam etdirərək maliyyə üzrə magistr dərəcəsi əldə edib.
O, 10 ilə yaxın professional iş təcrübəsinə sahibdir.
Peşəkar karyeraya 2015-ci ildə Azərbaycan Mərkəzi Bankında başlayıb və 2018-ci ilə qədər burada çalışıb.
2018-2020-ci illərdə iş fəaliyyətini "PAŞA Sığorta" şirkətində Analitik və İnvestisiyaların İdarə Edilməsi Xidmətinin rəhbəri kimi davam etdirib.
Daha sonra 3 il müddətində "PAŞA Həyat Sığorta"da İnvestisiya bölməsinin rəhbəri olaraq çalışıb.
Özal Talıblı "Bank of Baku"dakı təyinatına qədər "Azerpoçt" MMC-də Xəzinədarlıq departamentinin rəhbəri vəzifəsini yerinə yetirib.
Onu da qeyd edək ki, Özal Talıblı Azərbaycan Dövlət İqtisad Universitetində və Bakı Mühəndislik Universitetində pedaqoji fəaliyyətlə də məşğul olub.
Kurslar.az kurslar [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır