Bank Respublika qadın sahibkarlar üçün birgə layihə həyata keçirib - Fotolar

Bank Respublika qadın sahibkarlar üçün birgə layihə həyata keçirib - Fotolarİqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və ölkənin aparıcı banklarından biri olan Bank Respublika, regionlarda fəaliyyət göstərən qadın sahibkarlar üçün birgə təşkil etdiyi "Biznesin incəlikləri" adlı layihəni uğurla başa vurub.
azxeber.com xəbər verir ki, layihə çərçivəsində keçirilən təlimlərdə Bankın və Fondun əməkdaşları qadın sahibkarları güzəştli kreditlər, ilkin kapital mənbələri, gəlir və xərclər, reklam, vergi qanunvericiliyi, biznesin hüquqi əsasları kimi mövzularda məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.
Gəncə şəhərində baş tutan tədbirdə Sahibkarlığın İnkişafı Fondunun sədri Osman Xaliyev və "Bank Respublika" İdarə Heyətinin sədri Tariyel İsmayılov çıxış edərək, qadınların sahibkarlığın inkişafındakı rolunu qeyd edib. Tədbir iştirakçılarına qadınların sahibkarlıq fəaliyyətlərinə dəstək verilməsi istiqamətində görülən işlər haqqında məlumat verilib.
Qeyd edək ki, çox sayda qadın sahibkarın iştirak etdiyi təlimlər oktyabr-noyabr aylarında Xaçmaz, Masallı, Şəki və Gəncə şəhərlərində keçirilmişdir. Layihə qadın sahibkarların bilik və bacarıqlarının təkmilləşdirilməsi və onların regionun iqtisadi inkişafında aktiv sahibkarlıq fəaliyyətinə cəlb olunmasına istiqamətlənib.
Verilən məlumata əsasən, Bank gələcəkdə də ölkəmizin digər regionlarında faəliyyət göstərən qadın sahibkarlara dəstək olacaq layihələr həyata keçirməyə davam edəcək.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Bank Respublika qadın sahibkarlar üçün birgə layihə həyata keçirib - FotolarBank Respublika qadın sahibkarlar üçün birgə layihə həyata keçirib - FotolarBank Respublika qadın sahibkarlar üçün birgə layihə həyata keçirib - FotolarBank Respublika qadın sahibkarlar üçün birgə layihə həyata keçirib - FotolarBank Respublika qadın sahibkarlar üçün birgə layihə həyata keçirib - FotolarBank Respublika qadın sahibkarlar üçün birgə layihə həyata keçirib - Fotolar

İqtisadiyyat       Tarix: 02 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d


son xeberler yeni xeberler azerbaycan xeberleri xankendi son xəbərlər bugün 2026 son xeber.az son xabar