Bank Respublika və Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə sahibkarlar Şərqi Zəngəzura səfər edib
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) və ölkənin aparıcı banklarından biri olan "Bank Respublika"nın təşkilatçılığı ilə ilk dəfə olaraq sahibkarların Şərqi Zəngəzur iqtisadi rayonuna səfəri baş tutub.
azxeber.com xəbər verir ki, səfərdə İqtisadiyyatNazirliyinin, Dövlət Vergi Xidmətinin, Sahibkarlığın İnkişafı Fondunun, "BankRespublika"nın nümayəndələri eləcə də işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərməyi hədəfləyən sahibkarlar və müəssisə rəhbərləri iştirakediblər.
Səfərçərçivəsində Zəngilan Konqres Mərkəzində sahibkarlar üçün "Zəngilan və Cəbrayılrayonlarında yaradılan investisiya imkankları" mövzusunda tədbir keçirilib. TədbirdəSahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev, "BankRespublika"nın İdarə Heyətinin sədri Tariyelİsmayılov və digər şəxslər çıxış edərək sahibkarlar və investorlar üçünyaradılan yeni imkanlardan, eləcə də işğaldan azad edilmiş ərazilərdəinvestisiya layihəsi həyata keçirmək istəyən sahibkarlıq subyektlərinə tətbiqolunan güzəştlər barədə ətraflı məlumat veriblər.
TədbirdəSİF-in "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək"mexanizmi təqdim edilib. Bildirilib ki, mexanizm çərçivəsində bu ərazilərdə fəaliyyətgöstərən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15%-dək olan bizneskreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Bununla yanaşı, həminkreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindənsubsidiyalaşdırılır və kredit müddətinin yarısından çox olmamaq şərti ilə, 36aya qədər güzəşt müddəti tətbiq edildiyi diqqətə çatdırılıb.
Səfərzamanı nümayəndə heyəti həmçinin, Zəngilan Beynəlxalq HavaLimanı, Ağalı kəndi və "Araz Vadisi İqtisadi Zonası"nı ziyarət edərək qısazaman müddətində Şərqi Zəngəzur iqtisadi rayonunda görülən böyük quruculuq işlərivə böyükinfrastruktur layihələri ilə də tanış olublar.
Dahaətraflı məlumatı bankın rəsmi web saytında,facebook, instagram,linkedin, telegram səhifələrindəvə ya Bankın Çağrı Mərkəzinə 144nömrəsinə zəng edərək əldə edə bilərsiniz.





Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır