Bank Respublika xüsusi mükafat qazandı
Bank Respublika "Bank və sığorta sahəsi üzrə məşğulluğun inkişafına verdiyi töhfəyə görə" xüsusi mükafata layiq görülüb.
azxeber.com xəbər verir ki, İqtisadiyyat Nazirliyində Vergi xidmətinin 25 illiyinə həsr olunmuş "Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya" mövzusunda forum keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sahibkarların ictimai birliklərinin təmsilçiləri, ekspertlər, iş adamları iştirak ediblər.
Forumda ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin dəstəklənməsi, iqtisadi idarəetmənin yeni çağırışlara uyğun həyata keçirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət qiymətləndirilib, islahatlara dair təkliflər səsləndirilib.
Forumun sonunda, müxtəlif nominasiyalar üzrə fərqlənən vergi ödəyicilərinə xüsusi sertifikatlar təqdim olunub.
Bank Respublika, Azərbaycan bank və sığorta sahəsindəki peşəkar inkişafı və məşğulluğun artırılmasına verdiyi əvəzsiz töhfələrə görə "Bank və sığorta sahəsi üzrə məşğulluğun inkişafına verdiyi töhfəyə görə" xüsusi mükafata layiq görülüb.
Mükafat, İqtisadiyyat naziri Mikayıl Cabbarov tərəfindən "Bank Respublika"nın İdarə Heyətinin sədr müavini Aslan Abasova təqdim olunub. Bu mükafat, Bankın əmək bazarında yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi və sektorda dayanıqlı iş yerlərinin yaradılması istiqamətindəki fəaliyyətlərinin təqdiridir.
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.


Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır