"Bank Respublika"nın Neftçilər filialı yeni konseptdə və yeni ünvanda
Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, filial şəbəkəsinin təkmilləşdirilməsi və müştərilərin rahatlığının təmin edilməsi məqsədilə xidmət nöqtələrinin müasirləşdirilməsini davam etdirir.
Bank, "İlaxır çərşənbə" günü "Neftçilər" filialını yeni ünvanda müştərilərin ixtiyarına verib. Belə ki, Bankın "Neftçilər" filialı, bundan belə, Bakı şəhəri, Q.Qarayev prospekti, 51/57 ünvanında yerləşən daha geniş və müasir standartlara cavab verən yeni ofisdə müştərilərə xidmət göstərəcək. Geniş ərazidə yerləşən və müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş filialda müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb.
Təntənəli açılışda iştirak edən bankın rəhbərliyi yeni filialın açılışını bildirən rəmzi qırmızı lenti kəsərək filialı müştərilərin istifadəsinə verib. Qeyd edilib ki, Bankın strateji inkişaf proqramında həm yeni filialların açılışına, həm də mövcud olan filialların təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.
"Bank Respublika"nın hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 32 filialı və 3 şöbəsi var. Bank, filial şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq bu il daha bir neçə yeni filial və şöbəni müştərilərin xidmətinə verməyi planlaşdırır.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

/ azxeber.com
Turlar.az [newsid: 0-123300]

Tramp Hörmüz boğazından neft tankerlərinin hərəkətinin bərpa olunduğunu açıqladı
İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - Foto
Hikmət Hacıyev Ermənistana necə gedib? - İrəvan AÇIQLADI
İranın Təhlükəsizlik Şurasının iclası keçirilir
Şuşa Bəyannaməsi: Azərbaycan–Türkiyə birliyinin siyasi və strateji təntənəsi
Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi
İlham Əliyev: 'Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək
Dünya bazarında neft ucuzlaşdı
"Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ
Hakan Fidan Rusiyaya səfər edəcək
Elçibəy Heydər Əliyevə üç dəfə xüsusi təyyarə göndərmişdi
Bakıda stadionda 11 yaşlı uşağın başına iş gəldi - XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ
Sumqayıtda 4000 manatlıq qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən saxlanıldı
Ucarda 62 yaşlı kişi küçədə öldü