Bank sektoru 2020-ci ili hansı nəticələrlə başa vurdu?

Bank sektoru 2020-ci ili hansı nəticələrlə başa vurdu? Bank sektoru 2020-ci ili hansı nəticələrlə başa vurdu?
Cari ildә bank sektorunun sağlamlaşdırılması istiqamәtindә radikal addımlar atılıb, maliyyә dayanıqlığını itirmiş 4 bank sistemdәn kәnarlaşdırılıb. Hәr dörd bank üzrә әhalinin әmanәtlәrinin verilmәsi әsasәn tәmin edilib, 24 mindәn çox әmanәtçiyә 615 milyon manat mәblәğindә әmanәt qaytarılıb.
Bu barədə Azәrbaycan Respublikası Mәrkәzi Bankının 2021-ci il üçün pul vә maliyyә sabitliyi siyasәtinin әsas istiqamәtlәri ilə bağlı bәyanatında məlumat verilib. 
Bağlanmış banklar nәzәrә alınmadan bank sektoru üzrә 11 ayda ipoteka kreditlәri 11,9 faiz, biznes kreditlәri 1 faiz artıb, istehlak kreditlәri isә 4,5 faiz azalıb. İlin әvvәlindәn bankların sәnayeyә kredit qoyuluşu 43,3 faiz artıb vә onun biznes portfelindә payı 18,4 faizdәn 26,1 faizә yüksәlib. Bundan başqa, yüksәk multiplikativ tәsirә malik olan tikintiyә kredit qoyuluşları cari ilin 11 ayında 9,1 faiz artıb vә onun portfeldә payı 11,9 faizә çatıb.
Fәaliyyәtdә olan bankların әsas resurs mәnbәlәrindәn olan әhalinin bank әmanәtlәri bağlanmış banklar istisna olmaqla ilin әvvәlindәn dәyişmәyәrәk 7,8 milyard manat tәşkil edib.
Bankların portfelindә problemli kreditlәrin payı il әrzindә birrәqәmli sәviyyәdә olmuş vә noyabr ayının yekunu üzrә 6 faiz tәşkil edib.
2020-ci ilin 11 ayında banklar tәrәfindәn ümumilikdә 116,7 milyon manat mәblәğindә sәhmdar kapital artırılıb. Bank sektorunun likvid aktivlәri 9 milyard manatdır vә bank sistemi üzrә ani likvidlik әmsalı 59 faiz tәşkil etmәklә, normativi 2 dәfәyә yaxın üstәlәyir.
Yaranmış qeyri-müәyyәn şәraitә vә iqtisadiyyatda resessiyaya baxmayaraq, sığorta sektorunda ilin әvvәlindәn başlanmış artım davam edilir. Ötәn ilin müvafiq dövrünә nәzәrәn 11 ayda sığorta haqları 9 faiz artıb. Sığorta haqları könüllü hәyat sığortasında 14 faiz, könüllü qeyri-hәyat sığortasında 7 faiz, icbari sığorta növlәrindә isә bütövlükdә 4 faiz artıb. Sığorta sektorunun aktivlәrindә ciddi azalma müşahidә edilmәyib. Dövr әrzindә mәcmu kapitalı mәqbul sәviyyәdә olmayan üç sığorta şirkәti mövcud qanunvericilik çәrçivәsindә görülәn nәzarәt tәdbirlәri nәticәsindә sektordan kәnarlaşdırılıb. 
2020-ci ilin 11 ayında keçәn ilin müvafiq dövrünә nәzәrәn ticarәt hәcmi korporativ qiymәtli kağızların tәkrar bazarında 1,7 dәfә, repo bazarında isә 1,9 dәfә artıb.
Azәrbaycan Respublikasının Prezidentinin mart ayında imzaladığı müvafiq sәrәncama vә Nazirlәr Kabinetinin tәsdiq etdiyi antiböhran planına uyğun olaraq Mәrkәzi Bank pandemiyadan tәsirlәnәn әhali, biznes vә maliyyә institutları üçün bir sıra tәnzimlәyici güzәştlәr barәdә qәrarlar qәbul edib. Bu qәrarların icrası çәrçivәsindә banklar tәrәfindәn ilin ötәn dövründә 50 min borcalanın 1,2 milyard manat krediti restrukturizasiya edilib. Restrukturizasiya olunmuş mәblәğin 87 faizi biznes, 9 faizi istehlak, 4 faizi isә ipoteka kreditlәrinin payına düşüb.
Banklar tәrәfindәn sahibkarlıqla mәşğul olan fiziki vә hüquqi şәxslәrә nağdsız ödәnişlәr üzrә xidmәt haqlarına 50 faizdәk güzәşt tәtbiq edilib. İşsiz kimi qeydiyyata alınan 600 min vәtәndaşa birdәfәlik ödәnişlәrin verilmәsi üçün әn qısa müddәtdә bank hesabları açılıb vә ödәmә kartları tәqdim edilib.
Pandemiya şәraiti bank sektoruna, әhaliyә, biznes qurumlarına rәqәmsallaşmanın zәruriliyini bir daha sübut etdi. 11 ayda ötәn ilin müvafiq dövrünә nәzәrәn ödәniş kartları vasitәsilә aparılan ölkәdaxili nağdsız әmәliyyatların hәcmi 34 faiz, tәmassız ödәnişlәrin hәcmi 5,2 dәfә, internet vә mobil bankçılıq üzrә aparılan hesablaşmaların hәcmi isә müvafiq olaraq 65 faiz vә 90 faiz artıb.
Aprel ayından başlayaraq özünümәşğulluq proqramı çәrçivәsindә Mәrkәzi Bankın tәşviqi ilә 21 bank tәrәfindәn hәssas әhali qrupuna daxil olan 591 nәfәrә 1,7 milyon manatlıq istehsal vә ictimai iaşә avadanlıqları, iri vә xırda buynuzlu mal-qara kimi müxtәlif aktivlәr tәqdim edilib. 
Real iqtisadiyyatın dayanıqlı maliyyә resurslarına çıxışının dәstәklәnmәsi mәqsәdilә Avropa Yenidәnqurma vә İnkişaf Bankı ilә Mәrkәzi Bank arasında 2020-ci ildә maksimal hәddi 50 milyon ABŞ dolları olmaqla, ümumilikdә 200 milyon ABŞ dolları mәblәğindә svop әmәliyyatlarının aparılmasına dair razılıq әldә olunub. Bu günә Avropa Yenidәnqurma vә İnkişaf Bankı ilә bağlanmış aktiv svop әmәliyyatları 18,2 milyon dollardır. /oxu.az

Sosial       Tarix: 29 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 canli sosial yardim cəbhədən son durum valyuta mezenesi