"Bank VTB Azərbaycan'ın xalis mənfəəti azalıb, öhdəlikləri artıb

"Bank VTB Azərbaycan" 2024-cü ilin birinci yarımili üzrə maliyyə hesabatını açıqlayıb.
"APA-Economics" banka istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində "Bank VTB Azərbaycan"ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.8% azalaraq 4 milyon 720 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 5 milyon 447 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın xalis faiz gəlirləri 8.4% artaraq 10 milyon 255 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 6 milyon manata ( illik müqayisədə 91.7% çox ), qeyri-faiz xərcləri isə 14 milyon manata ( illik müqayisədə 16% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 2 milyon 233 min manat əməliyyat mənfəəti əldə edib. Bankın 4 milyon 720 min manat xalis mənfəət əldə etməsinin səbəbi əməliyyat məmfəəti ilə əlaqədar deyil, mümkün zərərlər üçün yaradılan ehtiyatdan qayıdan 2 milyon 488 min manat vəsait ilə əlaqədardır.
Cari il iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 15.8% və ya 39.6 milyon manat artaraq 289 milyon 498 min manata yüksəlib. Cari ilin ilk 6 ayında "Bank VTB Azərbaycan"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 14% və ya 26.5 milyon manat artaraq 213 milyon 613 min manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 89 milyon manat, biznes kreditləri 71.2 milyon manat, daşınmaz əmlak kreditləri isə 53.4 milyon manat təşkil edib.
Bu dövrdə "Bank VTB Azərbaycan"ın cəmi öhdəlikləri 193 milyon 432 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 21.8% və ya 34.6 milyon manat çoxdur. Bankın depozit portfeli də cari ilin ilk 6 ayında 23.5% və 21 milyon manat artaraq 110.4 milyon manata yüksəlib.
Mərkəzi Bank və dövlət fondları qarşısındakı öhdəlikləri isə 52.7 milyon manatdan altı ay ərzində 58.9 milyon manata yüksəlib.
2024-cü il iyul ayının 1-nə "Bank VTB Azərbaycan"ın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 5.5% və ya 5 milyon manat artaraq 96 milyon 66 min manat təşkil edib.
Qeyd edək ki, 315 milyon 815 min manat nizamnamə kapitalı olan bankın yığılmış zərəri isə 221.5 milyon manata bərabər olub. / azxeber.com

İqtisadiyyat       Tarix: 12 iyul 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də


yeni xeberler azerbaycan xeberleri son xeberler krminal bu gun cəbhədən xəbər valyuta mezenesi ən son xəbər