Banka kredit borcu olan vətəndaşlar üçün VACİB XƏBƏR - Sabah bu QƏRAR VERİLƏCƏK

Banka kredit borcu olan vətəndaşlar üçün VACİB XƏBƏR - Sabah bu QƏRAR VERİLƏCƏKAzərbaycan Respublikası Mərkəzi Bankı pul siyasəti ilə bağlı növbəti qərar barədə məlumatı ictimaiyyətə 2023-cü il noyabr ayının 1-də açıqlayacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir. 2023-cü ilin əvvəlində faizlərini artıran Mərkəzi Bank son 3 iclasında onları dəyişməz saxlayıb. Mərkəzi Bankın faizlərini dəyişməz saxlamasının səbəbi illik inflyasiya tempinin azalmaqda davam etməsidir.
KONKRET.az xəbər verir ki, 2022-ci ilin əvvəlində uçot dərəcəsi 7.50% səviyyəsində idi. İl ərzində uçot dərəcəsi bir neçə dəfə artırılaraq 8.25%-ə, 2023-cü ilin ilk 5 ayında da bir neçə dəfə artırılaraq 9.00%-ə çatdırılıb. Azərbaycan Mərkəzi Bankı bu il sonuncu dəfə faizlərini may ayında artırıb, iyun, iyul və sentyabr iclaslarında fasilə verib.
2022-ci ilin sentyabr ayında illik inflyasiyanın tempi 15,6%-ə çatmışdı. Dövlət Statistika Komitəsinin məlumatına görə illik (12 aylıq) inflyasiya düşməkdə davam edir. İllik inflyasiyanın sürəti avqustdakı 8%-dən sentyabrda 5,1 %-ə düşüb. İnflyasiya yavaşladığından və tənzimləyicinin hədəfi aralığında (2%-6% civarı) olduğundan Mərkəzi Bankın faizlərini bu dəfə də dəyişməz saxlayacağı ehtimalı yüksəkdir.
Bəs Mərkəzi Bank bu həftə hansı mühüm qərarlarla ictimaiyyət qarşısına çıxacaq?
Bu barədə Referans.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, Mərkəzi Bank və İqtisadiyyat Nazirliyi tərəfindən çox əhəmiyyətli işlər görülür:
"Faiz dərəcələri bu gün 9 faiz qoyulub, bu normalıdr. Amma gələn ilin proqnozunda inflyasiynın 5,3 faiz olacağı gözlənilir. Bu böyük inflyasiya deyil. Bir rəqəmli inflyasiya normaldır. Amma biz büdcəni qəbul edənədə 9 faizə yaxın nəzərdə tutulurdu. Yəni bu hesablamalar var. Statistika Komitəsindən başqa İqtisadiyyat Nazirliyi və Mərkəzi Bankın özünün də alternativ hesablamaları var".
Deputat qeyd edib ki, müəyyən qədər faizlər aşağı düşməlidir. Onun sözlərinə görə, həm kredit qoyuluşundakı bəzi məsələləri, həm də qiymət siyasətinə öz təsirini göstərəcək: "Əgər inflyasiya aşağıdırsa, o zaman məhsul qiymətlərinin enməsi inanmıram ki, müşahidə olunsun. Amma stabilləşmə gedərsə, bu özü də böyük nailiyyətdir".
Məsələ ilə bağlı danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Mərkəzi Bankın növbəti iclasında 3 mümkün ssenari var:
"Mərkəzi Bank son 4 ayda faizi sabit saxladığını əsaslandıranda inflyasiyanın aşağı düşməsini əsas götürür. Yəni inflyasiya tempi zəifləyir, buna görə də faiz dərəclərini qaldırmağa ehtiyac duyulur. Birincisi növbəti iclasda verilə biləcək qərarlardan biri faiz dərəclərinin aşağı salınması ola bilər. İkincisi faiz dərəcəsinin son 4 ayda olduğu kimi saxlanılma ehtimalı. Üçüncüsü isə faiz dərəcələrinin artırılmasıdır. Ötən ayın statistikasına baxanda inflyasiyanın 0,6 faiz artdığını görərik. Əgər bu arqumentdə əsas götürsək ki, Mərkəzi Bank son faiz dərəcəsi siyasətində inflyasiyanın aşağı düşməsinə görə faiz dərəcəsini sabit saxlayıb artırmayıb".
İqtisadçı qeyd edib ki, sentyabr ayının inflyasiyası açıqlanıb, onda bir qədər artım var. Onun sözlərinə görə Mərkəzi Bank əgər siyasətdə ardıcıllığı nümayiş etdirərsə, məntiqə uyğundur ki, faiz dərəcələrini artırsınlar: "Məntiqlə faiz dərəcəsini artırmalıdırlar, amma stabil də saxlaya bilərlər. İnflyasiyanın aşağı düşməsi bir qədər də sezon faktorları ilə əlaqədar idi. Məyvə-tərəvəz qiymətləri aşağı düşürdü, amma indi tədricən meyvə-tərəvəz qiymətləri də qalxır".
Ümumiyyətlə, Mərkəzi Bank mümkün tədbirlərə əl atır, manatın nominal məzənnəsi artır. Amma hökumətin inhisarçı qurumlar üzərində nəzarəti bir qədər artırması məqsədəuyğun olardı. Bazarda rəqabət mühiti yaxşı olmadığına görə qiymətləri bu formada idarə edə bilirlər – deyə Xalid Kərimli əlavə edib.

Sosial       Tarix: 31 oktyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı xeber.az son xeberler krimnal bugun son.xabar