Bankda əmanətləri olan vətəndaşlara ŞAD XƏBƏR – Vergi ləğv olunur

Bankda əmanətləri olan vətəndaşlara ŞAD XƏBƏR – Vergi ləğv olunurAzərbaycanda fiziki şəxslərin əmanətləri üzrə ödənilən faiz gəlirləri yenidən vergidən azad ediləcək. Bunun bağlı Vergi Məcəlləsinə dəyişiklik olunması təklif edilir. Belə ki, fiziki şəxslərin hər bir bankda milli valyutada olan əmanətlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azad olunacaq. Bu o deməkdir ki, hər bir bankda illik 8 faizədək 30 000 manata qədər əmanəti olan vətəndaşların faiz gəlirlərindən vergi tutulmayacaq. 
KONKRET.az xəbər verir ki, aylıq faiz gəliri 200 manatdan yuxarı olduqda isə vergi yuxarı olan məbləğə tətbiq ediləcək. Elə Mərkəzi Bankın məlumatlarına da nəzər salanda aydın olur ki, bankların yeni cəlb etdikləri depozitlərin orta faizi 8 faiz səviyyəsindədir.
Mərkəzi Bankın sədri Taleh Kazımov bu günlərdə Milli Məclisdəki çıxışında fiziki şəxslərin banklardakı əmanətlərinin 75 faizinin 30 000 manata qədər olduğunu, bu ilin fevral ayında vergi güzəşti bitdikdən sonra bu məbləğə qədər olan depozitlərin sayının və həcminin artım tempinin azaldığını bildirib. Bu da o deməkdir ki, Vergi Məcəlləsinə təklif edilən sözügedən dəyişikliyin səbəbi vətəndaşların banklara əmanət yerləşdirilməsinin stimullaşdırılması məqsədi daşıyır.
Belə görünür ki, fiziki şəxslərin əmanətlərdən əldə etdikləri faiz gəlirlərinin vergiyə cəlb edilməsi bir yana, cari ildə iki bankın lisenziyasının ləğv edilməsi onlara etimadı azaldıb.
Taleh Kazımov, həmçinin bildirib ki, fiziki şəxslərin əmanətlərinin həcminin 82 faizinin müddəti bir ilə qədərdir. Mərkəzi Bankın məlumatına görə, oktyabr ayının 1-nə fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 12 milyard 705,5 milyon manatdır ki, bunun da 10 milyard 52,6 milyon manatı qısamüddətlidir. Bu da banklara uzunmüddətli kreditlər verməyə əngəl törədir.
Bu baxımdan fiziki şəxslərin hər bir bankda milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsinin 3 il müddətinə gəlir vergisindən azad edilməsi təklif olunur. Başqa sözlə, pulunu banka 18 aydan çox müddətə qoyan vətəndaşların əldə etdikləri faiz gəlirlərindən 3 il ərzində vergi tutulmayacaq.
Ancaq burada məsələ təkcə faiz gəlirlərinə tətbiq edilən vergi deyil. Söhbət ondan gedir ki, ölkədə orta illik inflyasiyanın ikirəqəmli olmasının (sonməlumata görə 10,9 faiz) davam etməsinə baxmayaraq bankların yeni cəlb etdikləri əmanətlərin orta faiz dərəcəsi 7-8 faiz arasında dəyişir. Bu da o deməkdir ki, banklardakı əmanətlərin real faiz dərəcəsi mənfidir. Yəni, inflyasiyanı nəzərə alanda, əmanət sahibi buradan real qazanc əldə etmir, əksinə zərər etmiş olur. Əmanət müddətinin artması şəraitində isə bu zərərin daha çox olacağı istisna deyil.
Müşahidələr onu göstərir ki, son aylarda bir çox böyük miqdarda əmanət sahibi vəsaitlərini banklarda saxlamaqdansa, "plana düşəcək" binalardan mənzil almağa üstünlük verir. Belə mənzillər sökülüb yenisi ilə əvəz olunanda qiyməti 2 dəfəyədək artmış olur. Digər tərəfdən mənzilləri sökülənədək kirayə verib, söküləndən sonra isə yenisi tikilənə qədər tikinti şirkətlərindən kirayə haqqı alıb gəlir əldə etmək mümkündür.
Kiçik məbləğli əmanət sahibləri üçün isə belə imkanlar yoxdur. Onlar üçün ən sərfəli yatırım aləti elə bank əmanətidir. Real gəlirliliyinin olmamasına baxmayaraq, sığortalanma mexanizminin, milli valyutanın məzənnəsinin sabit qalmaqda davam etməsi və əhalinin investisiya edəcəyi alətlərin məhdudluğu bank əmanətinə üstünlüklər qazandırır. (Qafqazinfo.az)

Sosial     Baxılıb: 205   Tarix: 10 noyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Masallıda narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olunub

Masallıda narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olunub. xəbər verir ki, Masallı rayonu ərazisində "BYD" markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Rayon Polis Şöbəsini

Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Təmir-quraşdırma işlərinin aparılması məqsədilə paytaxtın Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. "Azəriqaz"dan -a verilən məlumata görə, Sabunçu və Suraxanı rayonlarınd

Əlillik üçün müalicə müddəti tələb olunmayan xəstəliklər hansılardır?

Əlillik sahəsində həyata keçirilən islahatlar nəticəsində artıq iki ildir ki, əlilliyin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəliklərin sayı dəfələrlə artırılıb.  bu barədə Əmək və Əhalinin Sosial Müdafiəs

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür

Aprelin 25-i Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür. xatırladır ki, Albert Aqarunov 1969-cu ildə Bakı şəhərində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peş

Pulunu dollarlarla saxlayanlara ŞAD XƏBƏR

Yaxın Şərqdə davam edən münaqişə ABŞ dollarının mövqelərini daha da gücləndirib. Beynəlxalq ödəniş sistemi SWIFT-in məlumatlarına görə, mart ayında dolların qlobal hesablaşmalardakı payı 49,2%-dən rekord həddə – 51,1%-ə yüksəlib

Kartınız təhlükədədir - VACİB XƏBƏRDARLIQ

Rəqəmsal ödənişlərin sürətlə yayılması ilə birlikdə onlayn alış-veriş gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Lakin rahatlıqla yanaşı, bu proses istifadəçilər üçün müəyyən təhlükələri də özü ilə gətirir. Xüsusilə ban

Yeni həftədə yaxşı pul qazanacaq bürclər

Yeni həftə üçün astroloji proqnozlara görə bəzi bürclər maliyyə baxımından daha uğurlu görünür. Amma bunu "dəqiq zəmanət" kimi yox, daha çox fürsətlərin artması kimi qəbul etmək daha realistdir. Yeni həftədə pu

İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş aprelin 27-də Qəbələdə mətbuata bəyanatlarla çıxış ediblər. Prezidenti İlham Əliyev çıxışı zamanı cənab Baş nazirlə birlikd

Manatın bugünkü kursu: Dollar sabit, avro 1,99 manata çatdı

Azərbaycan Mərkəzi Bankı (AMB) 27 aprel tarixinə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi dəyişməz olaraq 1,700 manat olub. Avronun manata qarşı məzənnəsi 1,993


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeberler bu gun valyuta məzənnələri cəbhədən son görüntülər son xabar