Banklar kartları niyə pulsuz paylayırlar?

Banklar kartları niyə pulsuz paylayırlar?Banklar pulsuz kartların verilməsi, ƏDV-nin ikiqat qaytarılması, kəşbeklərin faizinin yüksək olması və.s kimi təklflər iləri sürürlər. Bu mövzuda bütün banklar bir-biriylə rəqabətdədir. Bir bank digərindən daha çox güzəştə getməyə çalışır. Bəs bankların pulsuz kart paylamaqda və bu qədər güzəştlər verməkdə məqsədi nədir?
KONKRET.az xəbər verir ki, bu barədə Valyuta.az-a danışan "FINANCE MASTERS GROUP" şirkətinin təsisçisi və baş direktoru, maliyyə və bank eksperti Xəyal Məmmədli bildirib ki, bank kartları içərisində ödənişsiz verilənlər çoxluq təşkil edir. Bankların bunda əsas məqsdələri pul kütləsi cəlb etməkdir: "Bankların pul kütləsini cəlb etməkdən ötrü iki əsas mənbəyi var. Birincisi, səhmdarlar tərəfindən qoyulan pullardır. İkincisi, öhdəliklərdir ki, bunlar da müştərilər tərəfindən cəlb olunur.
Müştərilərdən cəlb olunan pullar da müddətli əmanət şəklində olur, müddətli əmanətlərdə faizlər yüksək olur. Cari hesablarda olan pullara adətən hansısa bank tərəfindən vəsait ödənilmir. Bu pullar adətən hərəkətli olurlar, daha çox təsərrüfat fəaliyyətlərinin idarə olunmasında istifadə olunur. Və müəyyən dövrlərdə qısa müddətli də olsa, həmin hesablarda vəsait saxlanılır. Bu banklar üçün çox önəmlidir, çünki, müştərilərin hesablarında ortalama günlük, aylıq vəsaitin qalması bank üçün onun likvidlik probleminin həllində çox önəmlidir".
Ekspert qeyd edib ki, banklar pulsuz kart verməklə yanaşı, rəqabətdə qazansınlar deyə, kartdakı pula faiz də təklif edirlər: "Bankların kart hesablarında daha çox vəsait saxlanılmasını motivasiya etmək istəyirlər. Cari hesablarda pulu saxlamaq üçün əmanətlərin faiz dərəcəsi illik 10-12 faizdirsə, banklar 5-6 faiz də kart hesabında pul saxlanılmasına təklif edirlər. Bu vəsaitlər konkret müddətdə deyil, müştəri istənilən vaxt həmin vəsaiti götürə bilər. Götürənə qədər isə kartdakı məbləğə faiz hesablanması müştəri üçün də, bank üçün də sərfəlidir".
X.Məmmədli kartların banklara pulsuz başa gəlmədiyindən də danışıb: "Kartlar banklar üçün pulsuz deyil, müəyyən qiymətə başa gəlir və həmin qiymətə satılmalıdır. Amma banklar o vəsaiti öz resursları hesabına qarşılayırlar. Çünki, həmin maliyyəni depozit hesabına cəlb etmək banka daha çox xərc hesabına başa gəlir".

Sosial       Tarix: 25 yanvar 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam.az xeberler cəbhədən son məlumatlar oxu.az xeberler valyuta