Barnaulda xüsusi təyinatlılardan qanunsuz "maska şousu" - VİDEO
Barnaulda xüsusi təyinatlılar yerli kafedə ziyarətçinin burnunu və iki qabırğasını sındıraraq "maska şousu" təşkil ediblər. Və belə bir "tamaşa"dan sonra qurumun 72 yaşlı direktoru təcili yardım çağırmalı olub.
KONKRET.azxəbər verir ki, "Azəri" kafesinə gələn ziyarətçilərin axşamı qəfildən eşidilən "Yerdə!", "Uzan!" qışqırıqları ilə pozulub. Müəssisəyə daxil olan 10 xüsusi təyinatlı yüngül zərbələrlə bütün ziyarətçiləri (hətta küçədə dayananları) üzüaşağı yerə endiriblər. Belə sərt hərəkətlərə səbəb isə "Azəri"də nahar edənlərdən bir kişinin kreditorun ona borcu olması, lakin görüşə pulsuz və silahla gəlməsi barədə bəyanatı olub.
Xüsusi təyinatlıların əlinin altına keçənlərdən biri də kafenin yaşlı sahibi olub. Qızının dediyinə görə, polislər ağciyər xərçəngi və şəkərli diabet xəstəsi olan atasını təpikləyib və uzun müddət təcili yardım çağırmağa imkan verməyiblər. Həmin kişidən başqa daha bir qonaq da polislərin davranışlarından əziyyət çəkib: onun burnu və iki qabırğası sınıb. Xüsusi təyinatlılarla belə "görüş"dən sonra həmin şəxs İstintaq Komitəsinə ərizə ilə müraciət edib. Hazırda müstəntiqlər səlahiyyətlərindən sui-istifadəyə görə həmkarlarına qarşı iş qaldırılmasının mümkün olub-olmadığını araşdırırlar.
Oxu.az
f Paylaş
Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar