Baş infeksionist XƏBƏRDARLIQ ETDİ: Koronavirusun orqanizmdə qalıb yenidən...

Baş infeksionist XƏBƏRDARLIQ ETDİ: Koronavirusun orqanizmdə qalıb yenidən... Koronaviruslar mövsümi xəstəliklər kimi qəbul olunur, lakin COVID-19 meydana çıxandan sonra onun müxtəlif yoluxma yolları da aşkarlandı. Havaların isinməsi ilə əlaqədar olaraq bizdə də onun məhv olacağına müəyyən ümidlər var, çünki viruslar isti temperatura qarşı davamsızdırlar. Lakin bununla belə əgər bu virus isti temperaturda da qalıb gələn mövsümə keçirsə, onun yoluxma ehtimalı həmişə var. Havaların istiləşməsinə o qədər də ümidli olmaq lazım deyil, çünki isti ölkələrdə də bu xəstəlik var və yayılır. Ona görə də ehtiyat tədbirlərinə mütləq əməl edilməlidir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
O, xəstəliyin ikinci dalğasının baş verməsi barədə deyilənlərə münasibət bildirərək deyib: "İkinci dalğa söhbətinə o qədər də əhəmiyyət vermirəm, çünki bu virus artıq ölkəmizdə var və payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar onun yenidən baş qaldırması mümkündür. Bəzən son günlər yoluxmanın yüksəlişini ikinci dalğa hesab edirlər. Lakin bu epidemiyanın gedişi belədir, müəyyən günlər azala, müəyyən günlər arta bilər. Həm də bu, aparılan test sınaqlarının sayından da asılıdır. Ola bilər ki, 14 gün əvvəl yoluxmuş insanda həmin virus indi aşkara çıxsın. İndiki vaxtda onun güclənmək ehtimalı yoxdur, lakin payız-qış mövsümündə onun yenidən baş qaldırmaq ehtimalı çoxdur.
Günəşli havalarda ultrabənövşəyi şüalar çoxalır və həmin şüalar viruslara öldürücü təsir göstərir. Qrip və digər respirator infeksiyalar soyuq havaya dözümlü olduğuna görə payız-qış mövsümü çoxalır, yaz-yay mövsümü isə sönür. Koronavirus da həmin qəbildən olan infeksiyadır və biz buna əsasən müəyyən qənaətə gəlirik. Lakin yenə təkrar edirəm, koronavirusun orqanizmdə qalıb soyuq fəsildə yenidən fəallaşmaq ehtimalı var. Lap temperatur 50 dərəcə də olsa, təmas olduqda yoluxma davam edəcək. Ona görə də havaların istiləşməyinə arxayın olmamaq və bunu mütləq nəzərə almaq lazımdır. Digər tərəfdən, koronavirus yeni növ virusdur və onun haqqında az qala hər gün doğru və yalan bir məlumat eşidirik. Lakin bunların hamısı təhlil edilməli və araşdırılandan sonra qərar verilməlidir. Dəqiq məlumat yalnız bu araşdırmalardan sonra verilə bilər.
Baş infeksionist daha sonra deyib: "Biz heç vaxt orqanizmin gücünə arxayın olub ona yoluxmayacağımızı fikirləşməməliyik. Bu virus 85 faiz hallarda yumşaq keçir və onların əksəriyyətində də heç bir əlamət büruzə vermir. Lakin bununla belə virus yayılmaqda davam edir və belə daşıyıcılar xəstələrdən daha təhlükəlidir, çünki xəstələr izolyasiya edilərək nəzarətdə saxlanılır və onların kimisə yoluxdurmaq ehtimalı çox zəifdir. Gündəlik işə çıxan adamın başqalarını yoluxdurmaq ehtimalı isə daha yüksəkdir.
Hazırda ölkəmizdə vəziyyət nəzarət altındadır və bütün dövlət qurumları virusla əlaqədar lazımi tədbirlər görürlər. Ölkəmizdə bu sahədə görülən tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək dəyərləndirilir və dünya ölkələri tərəfindən də nümunə kimi qəbul edilir. Yaxşı haldır ki, son günlər şəhərdə maska ilə gəzənlər əvvəlki günlərlə müqayisədə çoxalıb. Vətəndaşlar bu vəzifələri yerinə yetirməkdə bizə kömək etməlidirlər və hər şey onların özündən asılıdır. Onlar karantin rejiminin tələblərinə əməl etsələr, virusun yoluxması üçün münbit şərait yaratmasalar, onda pandemiyanın qarşısını almaq mümkün olacaq".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 15 may 2020
f Paylaş

Oxşar xəbərlər

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları


son xeberler azerbaycan xeberleri yeni xeberler az xeber dunya xeberleri xeberler az en sonxeber