Baş Nazirdən qərar - Bunlar idxal gömrük rüsumundan azad edildi
Baş Nazirdən qərar - Bunlar idxal gömrük rüsumundan azad edildi
Nazirlər Kabineti "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" qərarında dəyişiklik edib.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı" genişləndirilib.
İndiyə qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahı aşağıdakı kimi olub:
XİFMN üzrə kodu
Mal mövqelərinin adları
1
2
Qrup 84-dən
8471 70 500 0
yaddaş qurğuları: sərt maqnit disklərdə
8471 80 000 0
hesablayıcı maşınların digər qurğuları
8473 30 200 0
8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları: elektron modulları
8473 30 800 0
8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları: digərləri
Qrup 85-dən
8528 51 000 0
digər monitorlar: yalnız və ya əsasən 8471 mal mövqeyində göstərilən hesablayıcı sistemlərdə istifadə olunan
8542 31 90
Elektron inteqral sxemlər: prosessorlar və kontrollerlər, yaddaş qurğuları ilə, dəyişdiricilərlə, məntiqi sxemlərlə, gücləndiricilərlə, sinxronizatorlarla və ya digər sxemlərlə birləşdirilmiş və ya birləşdirilməmişlər: digərləri
Dəyişikliyə əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahı aşağıdakı kimi olacaq:
XİFMN üzrə kodu
Mal mövqelərinin adları
1
2
Qrup 84-dən
8471 30 000 0
ən azı məlumatın işlənilməsi mərkəzi blokundan, klaviaturadan və displeydən ibarət olan, kütləsi 10 kqdan çox olmayan portativ hesablayıcı maşınlar
8471 41 000 0
hesablayıcı maşınlar, digərləri:–
– bir korpusunda ən azı məlumatın işlənilməsi mərkəzi bloku və giriş və çıxış qurğuları olan hesablama maşınları, birləşmiş və ya birləşməmiş
8471 49 000 0
hesablayıcı maşınlar:
– – digərləri, sistem şəklində təqdim edilmiş
8471 50 000 0
8471 41 və ya 8471 49 yarımmövqelərində təsvir edilənlərdən fərqli olan məlumatların işlənilməsi blokları, bir korpusda bir və ya iki aşağıda göstərilmiş qurğular olan və ya olmayan: yaddaş qurğuları, giriş
qurğuları, çıxış qurğuları
8471 60 600 0
– bir korpusda yaddaş qurğusu olan və ya olmayan giriş və ya çıxış qurğuları:
– – klaviatura
8471 70 300 0
yaddaş qurğuları:–
– – – optiki, maqnit-optiki də daxil olmaqla
8471 70 500 0
yaddaş qurğuları:
– – – – – sərt maqnit disklərdə
8471 70 980 0
Hesablayıcı maşınlar və onların blokları; başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan maqnit və ya optik hesablayıcı qurğular, kodlaşdırılmış formada məlumatı informasiya daşıyıcılarına köçürmək üçün maşınlar və informasiyanın işlənməsi üçün oxşar maşınlar:
– – yaddaş qurğuları:
– – – digərləri
8471 80 000 0
hesablayıcı maşınların digər qurğuları
8473 30 200 0
8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları:
– – elektron modullar
8473 30 800 0
8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları:
– – digərləri
Qrup 85-dən
8523 51 100 0
37-ci qrupun məmulatlarından başqa, disklərin hazırlanması üçün matrisa və master-disklər də daxil olmaqla, yazılmış və ya yazılmamış, səsyazma və ya başqa hadisələr üçün disklər, lentlər, enerji asılılığı
olmayan məlumatların saxlanılması üçün sərt cisimli qurğular, "intellektual kartlar" və digər səsyazma və ya digər hadisələr üçün daşıyıcılar:
– – enerji asılılığı olmayan məlumatların saxlanılması
üçün sərt cisimli qurğular:
– – – yazılmamış
8528 52 100 0
digər monitorlar:
– – – yalnız və ya əsasən 8471 mal mövqeyinin hesablayıcı sistemlərində istifadə olunan
8528 59 900 0
– – digərləri:
– – – rəngli
8542 31 90
Elektron inteqral sxemlər: prosessorlar və kontrollerlər, yaddaş qurğuları ilə, dəyişdiricilərlə, məntiqi sxemlərlə, gücləndiricilərlə, sinxronizatorlarla və ya digər sxemlərlə birləşdirilmiş və ya birləşdirilməmişlər:
– – – digərləri
Bu qərar dərc edildiyi gündən 30 gün sonra – martın 30-da qüvvəyə minir. /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı