Baş nazirin istefası avronu ucuzlaşdırdı – Manatı nələr gözləyir ?

Baş nazirin istefası avronu ucuzlaşdırdı – Manatı nələr gözləyir ?Fransanın Baş naziri Sebastian Lekornunun istefası Avropa bazarlarında qeyri-sabitlik yaradıb. Siyasi dəyişiklik fonunda avro ABŞ dolları qarşısında dəyər itirib.
Hazırda dünyada baş verən hadisələr hansı valyutaları gücləndirə və ya zəiflədə bilər? Azərbaycan manatı bu təsirlərdən sığortalanıb, yoxsa risk altındadır?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Turab Rzayev deyib ki, Fransadakı qeyri-sabitlik Avropa bazarlarına təsirsiz ötüşmür:
"Çünki Fransa Avropa İttifaqının (Aİ) iki əsas qurucu dövlətindən və siyasi-hərbi baxımdan ən mühüm mərkəzlərindən biridir. Əgər Almaniya iqtisadi mühərrik sayılırsa, Fransa daha çox siyasi və strateji rol oynayır. Orada baş verən siyasi dəyişikliklər, təbii olaraq bazarlarda müəyyən dalğalanma yaradır. Lakin bunun Avropa birjalarında ciddi böhrana səbəb olacağı gözlənilmir. Hazırkı vəziyyətdə Fransa hakimiyyəti ölkədə sabitliyi qorumağı bacarır. Bununla belə, siyasi rəhbərliyə inamın azalması, xüsusilə Prezident Emmanuel Makrona etimadın cəmi 15 faiz olması və baş nazirlərlə bağlı istefalar müəyyən siyasi qeyri-sabitlik təəssüratı yaradır. Bu faktorlar qısamüddətli bazar reaksiyalarına səbəb olsa da, onların avro üçün uzunmüddətli təhlükə yaratması ehtimalı azdır. Avroya qarşı dolların müvəqqəti güclənməsi müşahidə olunur, lakin perspektivdə avronun yenidən möhkəmlənməsi gözlənilir. Son illərdə avro-dollar məzənnəsi 1.2 səviyyəsinə qədər yüksəlib və bu tendensiyanın davam edəcəyi ehtimal olunur".
Ekspert bildirib ki, baş verənlərin Azərbaycan manatına birbaşa təsiri gözlənilmir:
"Çünki manat faktiki olaraq dollara indeksləşib. Avro dəyər qazandıqda manat bu valyutaya qarşı zəifləyir, dəyər itirdikdə isə əksinə, möhkəmlənir. Lakin dollara qarşı manatın məzənnəsinin yaxın gələcəkdə dəyişməsi ehtimalı azdır. Nəticə etibarilə, Fransadakı seçkilər və avronun qısamüddətli dalğalanmaları manata təsir göstərəcək qədər ciddi amil hesab olunmur".
Qeyd edək ki, oktyabrın 6-da Yelisey Sarayı Fransanın baş naziri Sebastian Lekornunun istefa ərizəsini təqdim etdiyini və prezident Emmanuel Makronun da qəbul etdiyini açıqlayıb.

Sosial       Tarix: 08 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gune olan xeberler son xeber.az cebheden xeberler azerbaycan son xeber bugun