Baş nazirin parlamentdəki çıxışı səs-küylə qarşılandı
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin parlamentdəki illik hesabat təqdimatı mübahisə ilə başlayıb.
KONKRET.azxəbər verir ki, onun Avropa Komissiyasının iyunun 17-də Gürcüstanla bağlı tarixi qərar qəbul etdiyini söyləməsi müxalifəti təmsil edən deputatlar arasında narazılıq yaradıb.
"Vahid Milli Hərəkat" fraksiyasının sədri Xatia Dekanoidze baş nazirin bu sözünə etiraz edərək onun çıxışını yarıda kəsib, ardından isə "VMH"nın digər millət vəkili Ana Citladze də mübahisəyə qoşulub.
A. Citladze baş naziri xain və qul adlandırıb, baş nazir isə öz növbəsində "xain sizin partiyanızdır, siz ölkəni satan partiyasınız" – deyə cavab verib.
Bir neçə dəqiqə davam edən mübahisədə parlamentin sədri Şalva Papuaşvili hər iki millət vəkilini sakit olmağa çağırıb, onların bu addımını reqlamentə zidd adlandırıb və belə davam etsələr mandaturlar vasitəsilə parlamenti tərk etdirəcəyini deyib.
Qeyd edək ki, hazırda Baş nazir çıxışını səs-küy altında davam etdirir.//Publika.az

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR