Baş prokuror: "Məhkəmə istintaqı zamanı 41 Azərbaycan vətəndaşı İrana qaçıb
İranın paytaxtı Tehranda səfərdə olan baş prokuror Kamran Əliyev bu ölkədən olan həmkarı Məhəmməd Cəfər Montazeri ilə görüşüb.
azxeber.com report-a istinadən xəbər verir ki, bu barədə ILNA məlumat yayıb.
"Əgər iki ölkə arasında münasibətlər yüksək səviyyədə olarsa, bu, digər münasibətlərə, o cümlədən məhkəmə sisteminə müsbət təsir göstərəcək. Münasibətlərin yüksək səviyyədə olmasına baxmayaraq, qanun pozuntusu da (hər iki ölkə vətəndaşları tərəfindən - "Report") olur və biz bu səfər zamanı məhkəmə orqanları ilə də görüşəcəyik və problemlərin həlli yolu hazırlanacaq", - Azərbaycanın baş prokuroru vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan hökuməti narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə çox ciddi yanaşır:
"Azərbaycandakı bir sıra iranlı məhbusların narkotiklə bağlı cinayətləri var və cəzaları yekunlaşan şəxslərin ekstradisiya müqaviləsi əsasında ekstradisiya oluna bilər və 137 məhbusun dəyişdirilməsi ilə bağlı danışıqlar aparılır".
Kamran Əliyev məhkəmə istintaqı zamanı 41 Azərbaycan vətəndaşının İrana qaçdığını bildirib:
"Biz həmin şəxslərin Azərbaycanın təhlükəsizliyinə təhdid hesab edildiyi üçün ölkəmizə qaytarılmasını gözləyirik".
Daha sonra baş prokuror həmin şəxslərin adlarını qarşı tərəfə təqdim edib.

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?