Baş Prokurorluq və Dövlət Gömrük Komitəsi arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

Baş Prokurorluq və Dövlət Gömrük Komitəsi arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTOBaş Prokurorluq və Dövlət Gömrük Komitəsi arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Dövlət Gömrük Komitəsinin Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Bu barədə Oxu.Az-a Baş Prokurorluqdan məlumat verilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) arasında peşə hazırlığı və tədrisin təşkili sahəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, mövcud əməkdaşlıq əlaqələrinın daha da inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir.
Bu tədbirlərin davamı olaraq, 21 may 2021-ci il tarixdə DGK Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti Baş Prokurorluğun Elm-Tədris Mərkəzində olunub.
Tədbir çərçivəsində qonaqlar Baş Prokurorluğun yeni inzibati binalar kompleksi, Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, tədris auditoriyaları və iclas zalları, kitabxana, kriminalistika və istintaq otaqları ilə tanış olub.
Daha sonra Akademiyanın rəisi Qulu Novruzovun və DGK-nin Əməliyyat və İstintaq Baş İdarəsinin rəisinin birinci müavini Güloğlan Muradlının rəhbərlik etdiyi nümayəndə heyəti ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədovun, Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ceyhun Kazımovun, Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadənin, Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi Tural Aslanovun, Elm-Tədris Mərkəzinin şöbə rəisi Talıb Cəfərovun iştirakı ilə qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə edilmiş, peşə hazırlığının təşkil edilməsi sahəsində səylərin birləşdirilməsi qərara alınıb.
Bildirilmişdir ki, iki qurum arasında səmərəli əməkdaşlığın təzahürü olaraq, gömrük orqanlarının vəzifəli şəxslərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə hazırda Akademiyanın və Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə "Gömrük işi sahəsində aşkar edilmiş cinayətlərin rəsmiləşdirilməsi xüsusiyyətləri və bu növ cinayətlər üzrə ibtidai araşdırma aparılmasının aktual aspektləri" mövzusunda onlayn birgə təlimlər uğurla həyata keçirilir.
Bundan əlavə, Azərbaycan Respublikasının Baş prokuroru yanında məşvərətçi orqan olan Elmi-Məsləhət Şurasının fəaliyyətində Dövlət Gömrük Komitəsi Akademiyasının nümayəndəsi Şahin Hüseynovun səmərəli fəaliyyəti xüsusi olaraq qeyd edilib.
Görüşün nəticələrinə uyğun olaraq, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədovun və Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzovun iştirakı ilə Mərkəz və Akademiya arasında əməkdaşlıq haqqında Anlaşma memorandumu imzalanmışdır.
Memorandum prokurorluq və gömrük orqanları əməkdaşlarının bilik səviyyələrinin və peşə hazırlıqlarının yüksəldilməsi üçün birgə tədris tədbirlərinin təşkil edilməsi, tərəflərin fəaliyyət sahələrinə aid innovativ layihələrin işlənib hazırlanması, təlim və treninq materiallarının mübadiləsi, müxtəlif aktual mövzular üzrə birgə elmi-nəzəri və praktiki tədqiqatların aparılması və sair məsələlər üzrə geniş əməkdaşlığı əhatə edir.
Baş Prokurorluq və Dövlət Gömrük Komitəsi arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTOBaş Prokurorluq və Dövlət Gömrük Komitəsi arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

Siyasi       Tarix: 21 may 2021
f Paylaş

Oxşar xəbərlər

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal xeberler sonxəbər cəbhədən ən son xəbərlər metbuat