"Başakşəhər" tarixində ilk dəfə Türkiyə ÇEMPİONU OLDU

"Başakşəhər" tarixində ilk dəfə Türkiyə ÇEMPİONU OLDUİyulun 19-də futbol üzrə Türkiyə çempionatının 33-cü turunun ikinci gün qarşılaşmasında "Başakşəhər" doğma meydanda "Kayserispor"u qəbul edib.
Publika.az xəbər verir ki, maraqlı keçən qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 19-cu dəqiqədə İstanbul klubunun yarımmüdafiəçisi Mahmud Tekdəmir vurub.
Bu qələbə sayəsində xallarının sayını 69-a çatdıran "Başakşəhər" klubu Türkiyə superliqasının sonuna bir tur qalmış çempion elan edilib. Superliqanın 2016-2017 və 2018-2019-cu il mövsümlərində ikinci yeri tutan İstanbul təmsilçisi tarixində ilk çempionluğunu qazanıb.
"Başakşəhər" eyni zamanda "Qalatasaray" (22 dəfə), "Fənərbaxça" (19), "Beşiktaş" (15), "Trabzonspor" (6) və "Bursaspor"dan (1) sonra Türkiyədə qızıl medalları qazanan 6-cı klub olub.
"Konyaspor"a 3:4 hesabı ilə uduzan "Trabzonspor" gümüş medal şansını da təhlükəyə atıb. "Sivasspor"la "Beşiktaş" isə öz meydanında qələbə qazanıb. Xüsusən də, "Beşiktaş" İstanbul derbisində "Fənərbaxça"nı 2:0 hesabı ilə məğlub edib. İlk "4-lük"dəki komandalar dəqiqləşsə də, 2-3-cü yerləri kimlərin tutacağı son turda müəyyənləşəcək.
Doğma meydanında "Alanyaspor"a məğlub olan "Ankaragücü" isə Super Liqanı tərk edən ilk klub olub.
Türkiyə çempionatında hazırda "Başakşəhər" 69 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 62 xalla ikincidir. "Sivasspor" 60 xalla üçüncü, "Beşiktaş" klubu isə 59 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Qalatasaray" (55 xal), "Alanyaspor" (54 xal), "Fənərbağça" (50 xal) və digər komandalar gəlir. Turnirin sonuncu pillələrində isə "Yeni Malatyaspor" (32 xal), "Kayserispor" (32 xal) və "Ankaragücü" (29 xal) klubları yer alıblar.

İdman       Tarix: 20 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

Arsen Venger Bakıya gəldi

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib. İdman.biz-ə istinadla xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionat

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

Millimiz bu gün iki oyun keçirəcək

Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında bu gün növbəti oyunlarını keçirəcək. xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv eyni gündə 2 matça çıxacaq. Yığma əvvəlcə saat 12:45-d


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xəbərlər bugün cəbhədən görüntülər xeber.az 2026 krminal bu gun