Başqa qadınla dini nikahının olduğu idda edilən Doğuşun vəkili AÇIQLAMA YAYDI - FOTO

Başqa qadınla dini nikahının olduğu idda edilən Doğuşun vəkili AÇIQLAMA YAYDI - FOTOBaşqa qadınla dini nikahının olduğu idda edilən Doğuşun vəkili AÇIQLAMA YAYDI - FOTO
Ötən həftə aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı türkiyəli müğənni Doğuşun dini nikahda olduğu iddia edilib. Türkiyənin "Show TV" kanalında yayımlanan "Didem Arslan Yılmazla Vazgeçme" verilişinə qonaq olan Esra adlı qadın Doğuşla dini nikahının olduğunu və müğənninin boşanaraq onunla evlənəcəyini bildirdiyini irəli sürüb.   
Bizim.Media xəbər verir ki, qalmaqallı və səs-küylü məsələ ilə bağlı Doğuş sosial şəbəkə hesabında vəkili Feyza Altunun mətbuata yazılı açıqlamasının sənəd üzərindən çəkilən fotosunu paylaşıb.  
Sənəddə yazılır:
"Keçən həftə "Didəm Arslan Yılmazla Vazgeçme" adlı verilişdə israrla adını çəkdiyiniz şəxsin müvəkkilim Doğuşa qarşı irəli sürülən ittihamlarının həqiqətə uyğun olmadığını ictimaiyyətə bildiririk. Müvəkkilimin heç vaxt Alaattin adlı meneceri olmayıb. Həmçinin müştərim Doğuş, Mahir Düz adlı şəxsi tanımır və onunla heç bir münasibəti yoxdur. Proqramınızda dərc olunan şəkillər müştərinin xəbəri və ya icazəsi olmadan götürülmüş görüntülərin yayımlanması, Türkiyə Cinayət Məcəlləsinin 133 və 134-cü maddələri ilə həm yazan, həm də yayan şəxslər tərəfindən şəxsi  həyatın toxunulmazlığını tənzimləyən "Fərdi Məlumatların Qorunması Qanunu"nun pozuntusudur və cinayət təşkil edir.  Yayılan xəbərlərdə xanımın adının çəkilməsi, uşaqların təhlükəsizliyini pozacaq, psixologiyasına xələl gətirəcək məlumatları bu şəkildə nəşr etmək həm müvəkkilimin həyat yoldaşının, həm də uşaqlarının şəxsi hüquqlarının pozulmasıdır. Bu səbəbdən də bu yayımların dərhal dayandırılmasını tələb edirik.  
Yuxarıda qeyd edilən məsələyə görə biz bütün hüquqi prosedurlara başlamışıq və müştərimin şəxsi hüquqlarını pozan hər cür zərərli bəyanatlara, böhtanlara qarşı sona qədər gedəcəyik".
Sözügedən sənədin fotosunu müğənni Doğuşun həyat yoldaşı Xoşqədəm Hidayətqızı da sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  
Qeyd edək ki, Doğuş və Xoşqədəm cütlüyünün Arda və Arın adlı iki oğlan övladı var.
Başqa qadınla dini nikahının olduğu idda edilən Doğuşun vəkili AÇIQLAMA YAYDI - FOTO/ oxu.az

Şou Biznes       Tarix: 07 noyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Elşad Qarayevin vəsiyyəti nədir?

Müğənni Elşad Qarayev vəsiyyətini açıqlayıb. Sənətçi bu barədə "Bir gün" verilişində danışıb. "Hər dəfə rayona gələndə qardaşlarımın məzarını ziyarət edirəm. Bu dünyadan hamımız köçəcəyik. Amma köçməyin d

Murad Arif Naxçıvanda gənclərlə görüşdü

Müğənni Murad Arif Naxçıvanda, Saat Meydanında məzun və şəhər gəncləriylə bir araya gəlib. xəbər verir ki, sənətçi 5 mindən çox məzun qarşısında ən hit mahnılarını ifa edib. Bir saat davam edən konsert proqramı boyunca tələbələ

Tanınmış rejissor həbs edildi - 11 milyonluq dələduzluq

Tanınmış rejissor Karl Rinş "Netflix" şirkətinin 11 milyon dollar vəsaitini mənimsədiyinə görə 2 il 6 ay azadlıqdan məhrum edilib. xəbər verir ki, sözügedən vəsait "Ağ at" adlı serialın istehsalına ayrıls

63 yaşlı müğənni plastik əməliyyat etdirdi - FOTO

Rusiyalı 63 yaşlı müğənni Qriqoriy Lepsin görünüşündəki dəyişiklik diqqət çəkib. Rusiya mətbuatına istinadən xəbər verir ki, onun plastik əməliyyat etdirdiyi iddia olunub. Sənətçinin yeni görünüşündən sərt çənə ovalı, bleferoplastik

Gələn il "Avroviziya"da ilk dəfə iştirak edəcəklər

Kanada 2027-ci ildə keçiriləcək "Avroviziya" mahnı müsabiqəsində ilk dəfə iştirak edəcək. xəbər verir ki, bu barədə "Avroviziya"nın rəsmi saytı məlumat yayıb. Bildirilib ki, Kanada 2015-ci ildə yarışmay

Deniz Akkaya saxlanıldı

Keçmiş model Deniz Akkayanın polis tərəfindən saxlanıldığı bildirilir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Akkayanın yaşadığı evdə tez-tez gərginlik yaratması olub. Məlumata görə, o, ötən axşam evdə dost

50 minə saat almaqdansa, xanımıma zinət əşyası alaram

"Bahalı brendə məxsus saata heç vaxt 50 min dollar vermərəm. Amma həyat yoldaşıma 50 min dollara zinət əşyası almaq mənim üçün asandır". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Emin Ağalaro

Ebruya qarşı böyük tərbiyəsizlik etmişəm' - Sərdardan illər sonra etiraf

Müğənni Serdar Ortaç həmkarı Ebru Gündeşlə bağlı maraqlı açıqlamalar verib. xəbər verir ki, sənətçi bu barədə türk mediasına danışıb. Serdar Ebru ilə heç vaxt sevgili olmadıqlarını deyib. Sənətçi etiraf edib ki, Ebru Günde

Ülkü Hilal Çiftçi məşhur filmdə rol alacaq

Türkiyənin məşhur "Aşk Tesadüfleri Sever" filminin üçüncü hissəsinin çəkilişlərinə 7 iyul tarixində start veriləcək. Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmin baş rollarında Mehmet Günsür və Devrim Özka


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xəbərlər bugün son.xabar az xeber xankendi