Bayden bu ölkənin rəsmilərinin ABŞ-a girişinə qadağa qoydu
ABŞ Prezidenti Cozef Bayden Nikaraqua hökuməti üzvlərinin ölkəyə girişini qadağan edən fərman verib.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı sənədlərdə deyilir.
Sənəddə qeyd edilir ki, Prezident Daniel Orteqanın başçılıq etdiyi Nikaraqua hökuməti üzvlərinin, o cümlədən həyat yoldaşı və Vitse-prezident Rosario Murilyonun immiqrant və qeyri-immiqrant kimi Birləşmiş Ştatlara girişini məhdudlaşdırmaq və dayandırmaq Birləşmiş Ştatların maraqlarına uyğundur. Murilyo və digərləri demokratik təsisatları sarsıdan və ya zədələyən və ya Nikaraquada demokratiyaya qayıdışına mane olan siyasət və ya hərəkətləri inkişaf etdirən, həyata keçirən və ya onlardan faydalanan şəxslərdir.
Baydenin sözlərinə görə, "Orteqa hökumətinin və onu dəstəkləyənlərin repressiv və sərt hərəkətləri ABŞ-ı hərəkətə keçməyə məcbur edir".
"Persona non qrata" siyahısına həmçinin seçilmiş vəzifəli şəxslər, onların aparatının üzvləri, merlər və müavinləri, o cümlədən təhlükəsizlik orqanlarının, dövlət qurumlarının, penitensiar xidmətin, ədliyyə və Daxili İşlər Nazirliyinin bir sıra yüksək vəzifəli şəxsləri də daxildir. Sanksiyaların təsirinə məruz qalanların ailə üzvlərinin də ABŞ-a girişi qadağan edilib.
Bayden həmçinin Nikaraquaya qarşı sanksiyalar rejimini də bir il uzadıb.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi