Bayden Çin liderini diktator adlandırdı, Çin XİN bəyənat verdi
ABŞ dövlət katibi Blinkenin Çinə səfəri qərb mətbuatında müzakirə mövzusudur. Səfərə müxtəlif aspektlərdən yanaşan mütəxəssislərin bəziləri ABŞ rəsmisinin Çinə səfərinin nəticələrini uğurlu hesab edir. Səfərin protokol nöqteyi-nəzərindən amerikalılar üçün uğurla başa çatdığı bildirilir.
"Bütün dünya Çin-ABŞ münasibətlərinin sabitliyində maraqlıdır və "planet hər iki ölkənin maraqlarını təmin edəcək qədər böyükdür", – deyən Çin Prezidenti Si Cinpin Birləşmiş Ştatların maraqlarına hörmətlə yanaşdığını deyib.
Çin lideri daha sonra əlavə edib ki, qarşı tərəf də öz növbəsində Çinə hörmət etməli, onun hüquq və maraqlarını pozmamalıdır. Tərəflərdən heç biri digər tərəfi qanuni inkişaf hüququndan məhrum etməməlidir. Blinkenlə Si Cinpinin söhbəti tamamilə barışdırıcı tonda baş verib.
Xatırladaq ki, ABŞ dövlət katibinin Çinə səfəri 2022-ci ilin əvvəlinə planlaşdırılırdı. Lakin səfər hava şarıyla bağlı qalmaqaldan sonra təxirə salındı. Bununla belə, Çinin xarici işlər naziri Qin Qang Vaşinqtonla münasibətlərin aşağı səviyyədə olduğunu qeyd edib. Rəsmi Pekin həmçinin ABŞ-dan Çin təhlükəsi nəzəriyyəsini şişirtməyi dayandırmağı, Çinə qarşı qeyri-qanuni sanksiyaları ləğv etməyi, Çinin elmi və texnoloji inkişafına təzyiq göstərməyi dayandırmağı tələb edib.
"Bu hansısa konkret nəticələrə nail olmaq məqsədi daşıyan səfər deyildi. Sasəcə qarşılıqlı münasibətlərə dair fikirlərini bir-birinə bildirmək üçün başqa bir fürsət idi".
Bunu Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiya İnstitutunun baş elmi işçisi,siyasi elmlər doktoru Vladimir Petrovski deyib. O, bunu müsbət tendensiya adlandırıb və Çinin ikitərəfli münasibətləri inkişaf etdirmək istəyi ilə əlaqələndirib.
Blinkenin Çinə səfəri başa çatar-çatmaz gözlənilməz hadisə baş verib. ABŞ prezidenti Bayden heç bir səbəb olmadan Çin Xalq Respublikasının sədrini "diktator" adlandırıb.
Baydenin bu açıqlamasını rəsmi Pekin etirazla qarşılayıb. Çin Xarici İşlər Nazirliyi sərt bəyanat verərək, bunu "Çinin siyasi ləyaqətinə hücum və açıq siyasi təxribat" adlandırıb. Baydenin bu bəyanatı səfərin nəticələrinə təsir edəcəkmi? Hər halda baş verənlər göstərdi ki, ABŞ-Çin münasibətlərində irəliləyiş yoxdur. İstər Tayvan məsələsi, istərsə də Ukrayna böhranında dil tapa bilməyən tərəflərin yaxın zamanlarda ortaq məxrəcə gələcəyi inandırıcı görünmür.
Vəli Həsənov,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi