Bayden Putinlə Ukrayna məsələsinə görə danışıqlara HAZIRDIR
Bayden Putinlə Rusiya və Ukrayna arasında müharibənin bitməsini müzakirə etməyə hazırdır.
KONKRET.az xəbər verir ki, cümə axşamı Bayden Ağ Evdə Fransa Prezidenti Emmanuel Makronla bir neçə saatlıq danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
Bayden Ukraynaya qarşı müharibəyə son qoymaq üçün Rusiya Prezidenti Vladimir Putinlə danışıqların mümkünlüyünə toxunub. O əlavə edib ki, hələ fevralın sonundan başlayan işğalı dayandırmaq üçün Putin tərəfindən hər hansı bir hərəkət görmür.
"Mən Putinlə danışmağa hazıram, ancaq NATO müttəfiqləri ilə məsləhətləşmələrdən sonra. Mənim yaxın gələcəkdə cənab Putinlə ünsiyyət qurmaq fikrim yoxdur. Bunu özüm etmək fikrində deyiləm.
Bu müharibəni bitirməyin bir yolu var: Putinin Ukraynanı tərk etməlidir. Onun etdiyi şey iyrəncdir. Əgər o, müharibəni bitirmək üçün bir yol axtarırsa, bunu etməyib.
Bu arada Emmanuelin dediklərini tamamilə vacib hesab edirəm. Biz Ukrayna xalqını dəstəkləməliyik. Putinin Ukraynanı nə vaxtsa məğlub edəcəyi fikri ağlasığmazdır", – Bayden deyib.
Makron ABŞ-ın Ukraynaya əlavə hərbi və humanitar yardım göstərməyə davam edəcəyinə əminliyini ifadə edib.
"Bu, bizim dəyərlərimizlə bağlıdır. ABŞ-ın Ukraynanı dəstəkləməsi çox vacibdir", – deyə Makron bildirib.
Bayden deyib ki, ABŞ hökumətin razılığı olmadan müharibəni bitirmək üçün "heç vaxt Ukraynadan güzəştə getməyi tələb etməyəcək".
Xuraman Etibarlı,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü