Bayden təsadüfən "şparqalka"sını göstərdi - FOTO
Ağ Evin əməkdaşları ABŞ prezidenti Co Bayden üçün ictimaiyyət arasında özünü necə aparmalı olduğuna dair ətraflı təlimatlar (şparqalkalar) hazırlayır. O, təsadüfən onlardan birini zalda oturanlara göstərib.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı "Fox News" telekanalı yayıb.
Qubernatorlar, həmkarlar ittifaqı rəhbərləri və özəl şirkətlərin nümayəndələri ilə külək enerjisi ilə bağlı görüş zamanı çəkilmiş fotoşəkildə prezidentin əlində xüsusi kart olduğu əks olunub. Bu kağızda Amerika prezidentinin nitqinin mətnini, digərində isə "təlimatların" siyahısını görmək olar.
"Siz Ruzvelt Zalına daxil olursunuz və iclas iştirakçılarını salamlayırsınız. Sonra öz yerinizdə oturursunuz, mətbuat içəri girir". Baydenin "şparqalkası"nın birində belə yazılıb.
Öz növbəsində, Ağ Ev belə kağızların adi hal olduğunu vurğulayıb.
"Bu, siyasətçilərin və hökumət rəsmilərinin ictimai tədbirlərdə istifadə etdiyi standart formatdır", – administrasiya əlavə edib.
Roman Göytürk,
KONKRET.az

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?