Bayden Türkiyəni itirmək istəməyəcək, çünki... - Ekspert
"ABŞ-da keçirilmiş prezident seçkilərini qazanmağa çox yaxın olan Demokratlar partiyasının namizədi Co Baydenin qarşıdakı dörd ildə Türkiyə ilə hansı əlaqələri quracağı ən böyük suallardan biridir".
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, türk siyasi ekspert, professor Ahmet Uysal Baydenin Türkiyə kimi kritik bir ölkəni itirmək istəməyəcəyini, mülayim münasibətlər quracağını iddia edib.
"Hesab edirəm ki, Bayden Türkiyə ilə uzunmüddətli və sabit bir əlaqə quracaq. Yaxın Şərqdə daha az problem istəyirsə, Türkiyə ilə işləmək məcburiyyətindədir. "S-400" məsələsində təzyiq edə bilər, amma Türkiyə artıq bunları alıb, sonda qəbul etmək məcburiyyətində qala bilər. "F-35"-ləri isə verməkdən yayınması mümkündür", - Uysal bildirib.
Professor Bilal Sambur da ABŞ-ın yeni prezidentinin Türkiyə kimi müttəfiqini itirmək istəməyəcəyini qeyd edib: "PKK/YPG məsələsində isə hansı addımı atacağını demək hələ tezdir. Şərqi Aralıq dənizində isə gərginliyi azaldacaq. Türkiyə və Yunanıstan arasında uzlaşdırıcı bir siyasət yürüdəcəyini düşünürəm".

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür