"Bayden Zelenskiyə deyib ki, Rusiya işğalı..." – ŞOK İDDİA
Ukrayna prezidentinin sözçüsü Sergey Nikiforov ABŞ lideri Co Baydenin telefon danışığı zamanı ukraynalı həmkarı Vladimir Zelenskiyə "qaçılmaz Rusiya işğalı" barədə xəbərdarlığı haqda yayılan xəbəri təkzib edib.
KONKRET.az xəbər verir ki, o, liderlər arasında belə bir məsələnin müzakirə olunmadığını deyib.
"Sosial şəbəkələrdə Prezidentlər Vladimir Zelenski və Co Bayden arasında danışıqların məzmunu ilə bağlı Ukraynanın rəsmi nümayəndəsinə istinadən məlumat yayılıb. Bu məlumat tamamilə həqiqətə uyğun deyil", – Nikiforov vurğulayıb.
Bundan əvvəl CNN müxbiri rəsmi Kiyevin adı açıqlanmayan nümayəndəsinə istinadla Tvitter hesabında ABŞ və Ukrayna liderləri arasında söhbətin təfərrüatlarını dərc edib. Onun sözlərinə görə, Bayden Zelenskiyə Rusiya işğalının tezliklə qaçınılmaz olacağını deyib. İddiaya görə, ABŞ prezidenti həmkarına Kiyevin Rusiya ordusu tərəfindən işğal olunacağı xəbərdarlığını da edib. Bundan sonra Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horn bu məlumatı təkzib edib./teleqraf/
Xidmetler [newsid: 0-123300]

Vuçiç istefa verdi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var
Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA
Bərdədə VAZ eşşək arabası ilə toqquşdu: Ölən var
Naxçıvanda maşın aşdı: ölən var
Azərbaycan nefti bahalaşdı