Baydenin yəhudi siyasəti İsrailin gündəmində
ABŞ-ın yeni seçilmiş Prezidenti Cozef Baydenin administrasiyasında yəhudi əsilli şəxslərin üstünlük təşkil etməsi İsrail mətbuatında geniş yer alıb.
Publika.az xəbər verir ki, Dövlət Departamenti, Maliyyə və Ədliyyə Nazirliyi başda olmaqla, bir çox əhəmiyyətli vəzifəyə yəhudilərin gətirilməsi "Jerusalem Post" və "Times of İsrael"in əsas gündəm maddəsi olub.
Qəzetlər məsələ ilə bağlı xəbərlərində "Baydenin yeni hökumətdə yüksək vəzifələrə gətirdiyi bütün yəhudilər" başlığından istifadə edib və onların bioqrafiyalarına yer verilib.
"Haaretz" qəzetinin isə "Minyan (yəhudilikdə dini mərasimin icra edilməsi üçün 13 yaşını tamamlamış 10 kişiyə ehtiyac olması qaydası) üçün yetərli Baydenin komandasındakı yəhudilər kimlərdir?" başlığı diqqət çəkib.
Qeyd edək ki, Dövlət Departmentinin yeni rəhbəri Entoni Blinken və Maliyyə naziri Canet Yellen yəhudi əsillidir.
Baydenin Daxili Təhlükəsizlik Nazirliyinə namizəd göstərdiyi Aleksandro Mayorkas da ötən gün ABŞ Senatı tərəfindən vəzifəyə təsdiqlənib. Prezident Ədliyyə naziri vəzifəsinə Federal Apelyasiya Məhkəməsinin hakimi Merik Qarlandı namizəd göstərib. Daha bir yəhudi əsilli Avril Haynesin isə Milli Kəşfiyyatın rəhbərliyinə namizədliyi irəli sürülüb.
Bayden ABŞ Prezidenti Ağ Ev aparatının rəhbərliyi üçün Ronald Kleynə üstünlük verib.
Zümrüd
Kurslar.az kurslar [newsid: 0-123300]

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru