Baydenin yerişi pisləşdi və öskürəyi artdı
ABŞ Prezidenti Cozef Baydenin yerişi pisləşib, öskürəyi artıb.
Publika.az xəbər verir ki, bu barədə onun həkimi Kevin O Konnor bildirib.
Qeyd edək ki, Ağ Ev O Konnorun Baydenin "78 yaşlı aktiv bir kişi" olaraq qaldığını göstərən açıqlamasını yayımlayıb.
"Prezident öz vəzifələrini yerinə yetirmək üçün kifayət qədər sağlamdır, heç bir istisna və ya güzəştə getmədən bütün vəzifələrini tam yerinə yetirir", - deyə həkim bildirib.
Eyni zamanda o, Baydenin daha tez-tez "boğazını təmizləməyə" başladığını bəyan edib. Həkim bu əlaməti çoxdan xəstədə müşahidə etdiyini, indi isə tez-tez müşahidə olunduğunu bildirib.
"Bu simptom açıq şəkildə mövcuddur və daha ətraflı müayinə tələb edir", - həkim deyib.
O Konnor, həmçinin Baydenin yerişinin keçən illə müqayisədə "hiss olunacaq qədər qeyri-çevik" olduğunu söyləyib.
ABŞ Prezidenti dünən yenidən vəzifə səlahiyyətlərinin icrasına başlayıb. Bu barədə isə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat verib.
Psaki Baydenin əhval-ruhiyyəsinin yaxşı olduğunu bildirib. "O, müayinəsinin qalan hissəsi üçün Uolter Rid Tibb Mərkəzində qalacaq", - sözçü əlavə edib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi